Daxili işlər naziri
Şirvan şəhərində
respublikanın on
şəhər və
rayonundan olan vətəndaşları qəbul etmişdir
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 22-də Şirvan şəhərində respublikanın on şəhər və rayonundan olan vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Şirvan,
Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar,
İmişli, Zərdab və Saatlıdan, eyni zamanda, bölgədə
məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi
köçkünlərin bir qrupunu qəbul edən nazir
onların müraciətlərini dinləmiş,
qaldırılan məsələlərin operativ şəkildə
həll edilməsi üçün aidiyyəti xidmət rəhbərlərinə
konkret tapşırıqlar vermişdir.
Qəbul zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti öz həllini tapmışdır. Polisin səlahiyyətinə aid olmayan məsələlərə dair ərizələrin müvafiq dövlət orqanlarına göndəriləcəyi və nəzarətdə saxlanılacağı diqqətə çatdırılmışdır.
Qəbulda iştirak edənlər bölgələrdə vətəndaşlarla mütəmadi keçirilən görüşlərə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən müraciətlərə operativ və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq etmiş, Prezidentin ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulamışlar.
AzərTAc
Azərbaycan.-2014.- 23 fevral.- S.1.