Rabitə və informasiya
texnologiyaları
naziri Neftçalada vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, fevralın 22-də rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov Neftçalada
Salyan, Biləsuvar, Neftçala
və Cəlilabad rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Müraciət və təkliflər əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayım xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir qismi yerindəcə həllini tapmışdır.
Nazirliyin idarə rəislərinin, tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri görüşdə nazir Əli Abbasov yerlərdəki təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə göstəriş vermişdir.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlər
isə aidiyyəti orqanlara
çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 23 fevral.- S.2.