Prezidentin əhalinin
sağlamlığının qorunmasına dair
tapşırıq və göstərişləri
uğurla icra olunur
Bakı
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sonsuz qayğısı və
diqqətinin məntiqi nəticəsi olaraq
iqtisadiyyatın inkişafı səhiyyədə də
görülən işlərin daha böyük vüsətlə davam
etdirilməsinə imkan
yaratmışdır. Dövlət
başçısının fevralın 17-dən mayın 1-dək
bütün ölkə vətəndaşlarının
pulsuz tibbi müayinədən
keçirilməsi ilə bağlı
tapşırığı xəstəliklərin
profilaktikası istiqamətində atılan uğurlu
addımlardandır
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakının Xəzər rayonunda da sakinlərin tibbi müayinəsi uğurla keçirilir. Mərdəkandakı 26 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkil edilməsini göstərir.
Tapşırığın icrası ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış, komissiya və işçi qrupu yaradılmışdır. Rayonun səhiyyə müəssisələrində müayinələrin aparılması üçün hazırlıq işləri görülmüşdür. Sakinlər tibbi müayinə barədə məlumatlandırılmışlar.
Rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev bildirmişdir ki, əsas vəzifə ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Rayon üzrə 18 yaşdan yuxarı 90 mindən çox sakin bu kampaniyadan faydalanacaqdır. Müayinələrin ilk günündə rayon ərazisində fəaliyyət göstərən bütün tibbi müəssisələrə çoxlu sayda vətəndaş müraciət edərək müayinələrdən yararlanmışdır. Rayon sakinləri ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçmişlər. Fevralın 17-dən indiyədək rayonun 5 minə yaxın sakini tibbi müayinədən keçmişdir.
Xəstəxananın
baş həkimi Telman Novruzov rəhbərlik etdiyi tibb müəssisəsinin
ən müasir avadanlıqlarla təchiz olunduğunu demişdir.
Bildirmişdir ki,
həkimlərdən ibarət səyyar briqadalar
yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr
aparır. Həmçinin poliklinikaya gələ
bilməyən yaşlı insanlara evlərində
tibbi xidmət göstərirlər. Eyni zamanda, qrafik
əsasında idarə və təşkilatların əməkdaşları
da müayinə olunurlar.
Aşkara çıxarılan xəstəliklər
üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri ölkə başçısının bu təşəbbüsünü minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən Vəlağa Əliyev rayon sakinləri adından onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Ağsu
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi Ağsuda da mütəşəkkilliklə davam edir.
Rayonun ziyalıları, ağsaqqallar, gənclər dövlət başçısının bu qayğısından bəhrələnir, əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Rayon təhsil şöbəsinin müdiri Tahir Xası AzərTAc-a müsahibəsində demişdir ki, bu tədbir əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir. Rayonumuzda da bu sahədə intensiv işlər görülür. Bütün idarə, müəssisə və təşkilatlarda olduğu kimi, təhsil şöbəsi də çox mühüm əhəmiyyət kəsb edən və vətəndaşların ürəyincə olan bu işin icrası üçün öz növbəsində lazımi tədbirlər görür.
Fevralın
17-dən bu günədək görülən tədbirlər
nəticəsində ümumtəhsil müəssisələrində
oxuyan 1957 nəfər şagirdin, 210 nəfər müəllim
və texniki işçinin tibbi müayinədən
keçirilməsi təmin olunmuşdur. Xəstəlik
aşkar edilən şəxslərin müalicəsi istiqamətində
də işlər görülür.
Mərkəzi xəstəxanada insanlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər. Bütün bunlar hamımızın ürəyincədir. Bu, Prezident İlham Əliyevin xalqa göstərdiyi qayğının təzahürüdür. Ona görə də biz, bütün müəllim və şagirdlərimiz bu diqqət və qayğıya görə Prezidentə minnətdarıq.
Balakən
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası balakənlilər tərəfindən də böyük razılıqla qarşılanmışdır. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AzərTAc-a bildirmişdir ki, tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün xüsusi qərargah yaradılmış, cədvəl təsdiq olunmuşdur. Balakən rayonu üzrə 18 yaşdan yuxarı 67 minə yaxın insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. N.Rüstəmova demişdir ki, fevralın 17-dən indiyədək artıq 7 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
Bu günlər müayinələrin keçirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasına üz tutanların sayı əvvəlki günlərə nisbətən xeyli artmışdır. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən maksimum yararlanmaq istəyirlər.
Xəstəxananın baş həkimi Hacıömər Nuriyev bildirmişdir ki, bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Qabaqçöl qəsəbə xəstəxanasında, həmçinin Kortala, Katex və Talalar kənd həkim məntəqələrində həyata keçirilir. Bundan əlavə, ucqar kəndlərdə yaşayan əhalini tibbi müayinədən keçirmək üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır.
Baş həkim bildirmişdir ki, belə aksiyalar dövlət başçısının xalqımızın sağlamlığının qorunması üçün göstərdiyi qayğının bariz nümunəsidir. Son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüş, ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş onlarla yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. 2010-cu ilin iyulunda Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən bu xəstəxana da məhz belə səhiyyə ocaqlarındandır. Burada quraşdırılan rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop müayinə aparatları xəstəliklərin erkən aşkar edilməsində mühüm rol oynayır. Baş həkim demişdir ki, müayinəyə gələnlər daha çox ürək-damar, ağ ciyər, revmatik xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müraciət edənlər yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə olunurlar.
Müayinədən
keçən insanlar onlar üçün
yaradılmış bu şəraitə görə dövlət
başçısına minnətdarlıqlarını
bildirmiş, belə aksiyaların davamlı olmasını
arzulamışlar.
Hacıkənd
Gəncənin səhiyyə işçiləri əhalinin tibbi müayinəsi çərçivəsində növbəti aksiyanı Hacıkənd qəsəbəsində keçirmişlər. Səhiyyə idarəsi tərəfindən təşkil edilmiş səyyar briqadalar fevralın 22-də Hacıkənddə məskunlaşmış Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlərin, eləcə də digər sakinlərin müayinəsini aparmışlar.
AzərTAc xəbər verir ki, səhər tezdən qəsəbəyə yollanan səhiyyə idarəsinin baş mütəxəssisləri - terapevt, pediatr, ginekoloqlar, cərrah, nevropatoloq, oftalmoloq, infeksionist, endokrinoloq və onkoloqlar əhalini tibbi müayinədən keçirməklə yanaşı, lazım gəldikdə onları gigiyenik vasitələr, dərman preparatları, eləcə də sanitar maarifləndirmə vəsaitləri ilə də təmin etmişlər.
Aksiya zamanı qəsəbədə 350 nəfərdən çox şəxsə tibbi-profilaktik baxış keçirilmiş, məsləhətlər verilmiş və konsiliumlar aparılmışdır. Ümumilikdə, 92 nəfər səyyar rentgenoflüoqrafyadan, 54 nəfər elektrokardioqrafiyadan, 57 nəfər ultrasəs müayinəsindən keçirilmişdir.
Məcburi köçkünlər onların sağlamlığı qayğısına qalan Prezident
İlham Əliyevə və Gəncənin səhiyyə işçilərinə minnətdarlıqlarını bildirmişlər.
Bərdə
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi Bərdə rayonunda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Vahid Qarayev AzərTAc-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir. Rayon sakinləri mərkəzi rayon xəstəxanalarında, müalicə diaqnostika mərkəzində və şəhər poliklinikasında müayinə olunurlar. Bundan başqa, yüksək, ixtisaslı mütəxəssislərdən ibarət 15 həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Fevralın 17-dən indiyədək 7874 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Hazırda rayondakı səhiyyə müəssisələrində tibbi müayinələr uğurla davam edir.
Mərkəzi
rayon xəstəxanasının baş həkimi İftixar
Zeynalov AzərTAc-a bildirmişdir ki, ölkə
başçısının tapşırığına əsasən
keçirilən aksiya xəstəliklərin erkən müəyyən
olunması və vaxtında müalicə edilməsi
baxımından çox əhəmiyyətlidir. Əhalinin müayinəsi tərtib edilmiş qrafik üzrə
aparılır. Sakinlər terapevt, cərrah,
lor, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin
qəbulunda olur, kardioqram,
ultrasəs, rentgen, laborator
müayinələrdən keçirilir. Xəstəlik
aşkar edilmiş
sakinlər stasionar və ambulator
müalicəyə cəlb edilir.
Prezident İlham Əliyevin ölkə əhalisinin sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bərdə şəhər sakini Südabə Kərimova AzərTAc-a müsahibəsində yaradılan şəraitdən razı qaldığını bildirərək demişdir: "Boğazımdan əməliyyat olunmuşam. Bu gün diaqnostika mərkəzinə gəldim, həkimlər məni hərtərəfli müayinə etdilər. Bizə göstərilən bu diqqət və qayğıya görə Prezidentimizə minnətdaram."
Beyləqan
Ölkəmizin hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Beyləqan mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov AzərTAc-a bildirmişdir ki, humanitar aksiyanın mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüş, səhiyyə müəssisələrində lazımi şərait yaradılmışdır. Bu məqsədlə kompleks tədbirlər görülmüş, tibb ocaqlarında qrafik tərtib edilmişdir. Sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Vətəndaşlar əvvəlcə terapevt müayinəsindən, sonra isə kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun ucqar kəndlərində əhalinin tibbi müayinəsi aparılır. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər. İndiyədək 21 idarə və müəssisənin kollektivi, habelə 17 kəndin sakinləri - ümumilikdə 6777 nəfər müayinədən keçmişdir.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır. Sakinlər onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Qazax
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün rayonlarında olduğu kimi, Qazaxda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
AzərTAc
xəbər verir ki, əhalinin sağlamlığının
qorunmasına yönələn bu mühüm aksiyanın
mütəşəkkil keçirilməsi üçün
rayon icra hakimiyyəti başçısının sərəncamı
ilə komissiya yaradılmış, tibb müəssisələrində
dəqiq iş qrafiki tərtib olunmuşdur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov AzərTAc-a bildirmişdir ki, humanitar aksiyaya təcrübəli və yüksək ixtisaslı həkimləri cəlb olunmuşlar. Fevral ayının 17-dən 22-dək rayonun 4000 sakini tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı xəstəlik aşkar edilən şəxslərin rayon xəstəxanasında, yaxud Bakıda müalicəsi təşkil olunur.
Tibbi
müayinədən keçən Qazax şəhər sakini
Sevda Həsənova AzərTAc-a müsahibəsində
yaradılan şəraitdən, işin təşkilindən
razı qaldığını bildirərək demişdir ki,
həkimlər hər kəsə qayğı ilə
yanaşırlar. Rayonun bütün sakinləri kimi,
o da belə bir xeyirxah aksiyanın təşkilinə
və əhalinin sağlamlığının qorunmasına
göstərdiyi diqqətə görə Prezident
İlham Əliyevə ürəkdən
minnətdardır.
Azərbaycan.-2014.-
23 fevral.- S.3.