ABŞ-da çıxan «Santa Barbara Independent» qəzetində

ermənilərin soyqırımı iddialarını ifşa edən məqalə dərc olunmuşdur

 

ABŞ-da çıxan "Santa Barbara Independent" qəzetində  "Soyqırımını kim törətmişdir: ermənilər, yoxsa türklər" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalə müəllifi  "Erməni soyqırımı vaxtı milyonlarla adamın həyatına son qoyulmuşdur" sərlövhəli ermənipərəst məqaləyə layiqli cavab vermişdir.

Müəllif yazır ki, "erməni soyqırımı sübuta yetirilmiş faktdır" bəyanatı yalandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Perinçek İsveçrəyə qarşı" məhkəmə işinə baxarkən  hadisələr barəsində razılaşdırılmış fikrin mövcud olması və həmin tarixi hadisələrin müzakirələrin bir hissəsi olması barədə şübhələrini ifadə etmişdir. Lakin  həmin hadisələr  barəsində  diskussiyaların akademik dairələrdə hələ də davam etdiyi bir vaxtda "erməni soyqırımı"nın mövcudluğundan imtina olunmasının iblisanə şəkildə təqdim edilməsi Allaha inandıqlarına və ya inanmadıqlarına görə Çarlz Darvinin  proponentlərinin və opponentlərinin  iblis cildində təqdim olunmasına bənzəyir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Holokostun "soyqırımı" barədə erməni qənaəti ilə müqayisəsinin  yolverilməz olduğunu bildirmişdir, çünki  qondarma soyqırımın "aydın legitim əsası" yoxdur və o,  beynəlxalq məhkəmə tərəfindən soyqırımı aktı kimi  müəyyən olunmamışdır. Kaliforniya qanunvericiləri  təhsil şöbəsini  təlimatlandırmalı idilər  ki,  Birinci Dünya müharibəsi zamanı həm ermənilər, həm də müsəlmanlar həlak olmuşlar və həmin məsələyə dair qanuni əsasın və  beynəlxalq məhkəmənin qərarının olmaması səbəbindən heç bir tərəf onun etnik qrupunun üzvlərinin öldürülməsinin düşmənin öldürülməsindən daha böyük "soyqırımı" olduğunu iddia edə bilməz. Məqalədə o da bildirilir ki, "erməni soyqırımı" barədə  sitatın  Hitlerə  şamil edilməsi sübuta yetirilmiş saxtakarlıqdır və Nürnberq tribunalı sübut kimi  bu sitatdan istifadə etməkdən boyun qaçırmışdır.

Müəllif  ermənilərin dünyada ilk xristian dövlətinin Ermənistan olması barədə iddialarını da təkzib etmişdir.

 

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.-23 fevral.-S.7.