Küveyt Dövlətinin Əmiri
Əlahəzrət şeyx
Sabah əl-Əhməd
əl-Cabir əs-Sabaha
Əlahəzrət!
Küveyt
Dövlətinin milli bayramı münasibətilə Sizə və
Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram
ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi
birləşdirən dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı bundan sonra da
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə
möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 21 fevral 2014-cü il
Azərbaycan.-2014.- 25 fevral.- S.1.