Azərbaycan elminin cəfakeşi

 

İnsan zəkasının misli görünməmiş nailiyyətlər qazandığı indiki dövrdə elmin insanın ən ali fəaliyyəti olması bir aksiomadır. Həyatımızın rəngarəngliyi və proqnozlaşdırılmasının qeyri-mümkünlüyü şəraitində hər kəsin bəxtinə "bir alın yazısı" düşür. Kimi musiqi və ədəbiyyat sahəsində öz dahiyanə əsərlərini yaradır, kimi təbabətdə yeni bir istiqamət üzərində işləyir və onu inkişaf etdirir, kimi də görkəmli elm, mədəniyyət, siyasi xadim qismində nəsillərin yaddaşında qalır, dövlətçilik tarixində xüsusi xidmətləri ilə tanınır. Həyatının mənasını nəcib, faydalı və mənalı əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə böyük töhfələr verən zəngin mənəviyyat sahibləri bu mənada seçilmiş insanlardır.

Şərəfli ömür yolu, elmi yaradıcılığı və vətənpərvər ictimai-siyasi, təşkilati fəaliyyəti ilə xalqının rəğbətini qazanan belə ziyalılardan biri də görkəmli alim, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" ordenlərinə layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Ağamehdi oğlu Əlizadədir. Bu insanın qismətinə əvvəlcə ölkəmizin müstəqilliyinin bərpasından sonrakı ilk, ən mürəkkəb dövründə Azərbaycan elmini qoruyub saxlamaq, sonra isə bu sahədə islahatlar aparmaqonun inkişafına nail olmaq missiyası yazılıbmış...

Akif Əlizadə 1934-cü ildə məşhur həkimlər - Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində doğulmuşdur. Respublikanın bir çox görkəmli şəxsiyyətlərinin taleləri bu məşhur ailənin genetik kökləri ilə sıx bağlı olmuşdur. Azərbaycan xalqının böyük ehtiram bəslədiyi ən məşhur seyidlərdən biri Ağa Seyidəli Mirmövsümzadə, Məhəmməd peyğəmbər nəslinin nümayəndəsi, görkəmli din xadimi, uzun illər Bakı Quberniya Şiə Məclisinin sədri, sonralar Qafqaz Müsəlmanlarının şeyxülislamı kimi yüksək vəzifələr tutmuş Axund Ağa Əlizadə, ötən əsrin 60-ci illərində Azərbaycan gənclərinin lideri adını qazanmış qardaşı Məsud Əlizadə və başqaları zəngin maarifçilik ənənələri ilə öz dövrlərinin tanınmış, nüfuzlu zəka sahibləri olmuşlar.

Akif Əlizadə böyük alim, görkəmli tədqiqatçıdır. Onun həyatı ziyalılığın, alimliyinfenomenliyin birgə vəhdətinin ifadəsidir. Akif müəllim ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyi, intellekti, elmi səviyyəsi və potensialı baxımından qiymət verən güclü şəxsiyyətdir. Alimin xarakterini səciyyələndirən xüsusiyyətlər - uğursuzluqların dəf edilməsində əzmkarlıq, məqsədyönlülük, yüksək daxili intizam, səhlənkarlığa qarşı dözülməzlik, prinsipiallıq, güclü məntiq və səlistlik onda erkən yaşlarında formalaşmışdır. Seçdiyi elm sahəsində yenilikləri, hələ elmə məlum olmayan məqamları öyrənmək istəyi, tədqiqatçılıq məharəti onun sonrakı taleyinin müəyyənləşməsində mühüm rol oynamışdır. O, hər zaman amal və məqsədlərinə doğru irəliləmiş, haqqa və ədalətə tapınmış, həyat prinsiplərinə sadiq qalmışdır. Bəlkə də məhz bu səbəbdən institutu bitirib neft mədənlərində quyuların tədqiqi üzrə texnik kimi əmək fəaliyyətinə başlayan Akif Əlizadə bir qədər sonra - 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilmişbu institut uzun illər onun üçün "həyat mənbəyi"nə çevrilmişdir. Əvvəlcə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Akademik Akif Əlizadənin elmi fəaliyyət dairəsi çox geniş və zəngindir. Regional geologiya, təbaşir çöküntülərinin stratiqrafiyası, təbaşir molyusk faunası kompleksləri haqqında təlim, Aralıq dənizi hövzəsində təbaşir dövrü onurğasızlarının paylanması, onurğasızların müxtəlif qruplarının təkamülünün ümumi gedişinin bərpası onun tədqiqat hədəfləri olmuşdur.

Dünyanın elmi dairələrində Akif Əlizadənin adı yaxşı məlumdur. O, 1960-cı ildən Ümumittifaq Paleontologiya Cəmiyyətinin üzvü, Qafqaz Regional Stratiqrafiya Komissiyasının sədri, SSRİ Elmlər Akademiyasının Biosfer Problemləri üzrə Elmi Şurasının üzvüdür. Akif Əlizadənin apardığı orijinal araşdırmaların nəticələri dünya alimləri tərəfindən yüksək qiymətləndirilərək  əksəriyyəti dərsliklərə və elmi nəşrlərə daxil edilmişdir. Elm aləmi təbaşir dövrü onurğasızlarının öyrənilməsi istiqamətində Azərbaycan aliminin xidmətlərini yüksək dəyərləndirərək onun şərəfinə belemnitlərin yeni ailəsinə "Akifobelidlər" adını vermişdir. Bu, paleontoloq alim üçün həqiqətən ən yüksək nailiyyət hesab edilə bilər. H.B.Zərdabi adına Təbiət Tarixi Muzeyinin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, son iki ildə Britaniyanın məşhur Təbiət Tarixi Muzeyində "Müqəddəs Odlar diyarı" adlı sərginin təşkil edilməsini də belə ciddi nailiyyətlər sırasına aid etmək olar. Bu müddət ərzində dünyanın bütün guşələrindən gəlmiş bir neçə milyon insan həmin sərginin tamaşaçısı olmuşdur.

Alimin nailiyyətləri barədə çox danışmaq olar, lakin AMEA-nın Geologiya İnstitutu onun xüsusi qürur duyduğu və gündəlik qayğı göstərdiyi, diqqət ayırdığı elm ocağıdır. O, həyatının 60 ilə yaxın dövrünü bu instituta həsr etmişdir. Akif Əlizadə ölkəmizin müstəqilliyinin ən mürəkkəb keçid dövründə də ona verilmiş şansdan istifadə etməyi bacarmış, dünya elm mühitində yaranmış yeni şəraitdə, həm də az məvacib müqabilində işləyə bilən istedadlı alimləri, mütəxəssisləri ətrafına toplayıb, mobil komanda yaratmağa və fəaliyyətini təmin etməyə nail olmuşdur. Bu da AMEA-nın Geologiya İnstitutunun direktorunun istedadı və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində reallaşmışdır.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" uzun illər üçün respublikanın bütün sahələrdə inkişaf oriyentirlərini müəyyən etmişdir. Böyük strateji əhəmiyyət kəsb edən bu fəaliyyət xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

O zaman neft geologiyası və geokimya sahələri üzrə araşdırmalar Geologiya İnstitutunu böyük çətinliklər bahasına olsa da, tədricən maliyyə, kadr və mənəvi böhrandan xilas edən bir lokomotiv oldu. Bunun ardınca üçüncü dövr çöküntülərinin stratiqrafiyası və paleontologiyası, struktur geologiyası və regional geologiya sahələrinə tələbat artdı. Həmin dövrdə müasir eksperimental baza yaratmağın real olmaması nəzərə alınaraq kompyuterləşmə məsələlərinə və informasiya texnologiyalarına, xüsusən beynəlxalq elmi əlaqələrin maksimal inkişaf etdirilməsinə diqqət artırıldı. Bu islahatların həyata keçirilməsinə bacarıqla rəhbərlik etmək üçün çox gərgin səy tələb olunurdu. Fəal elmi əlaqələr, onlarca ölkəyə səfərlər, müxtəlif beynəlxalq elmi konfranslarda iştirak etmək - bütün bunlar Geologiya İnstitutunun direktorunun səmərəli təşkilatçılıq işinin yalnız bir qismi idi.

Gənclərdən ibarət elmi kollektivin səyi sayəsində 20 il ərzində dünyanın bir sıra aparıcı neft şirkətlərinin və universitetlərinin elmi mərkəzləri ilə 70-dən çox birgə layihə üzrə işlər görüldü. Bununla yanaşı, kadr hazırlığı və qabaqcıl texnologiyalara yiyələnmək siyasəti də həyata keçirilirdi. Geologiya İnstitutunun perspektivli gənc əməkdaşları ixtisas səviyyələrini artırmaq üçün dünyanın qabaqcıl universitetlərinə ezam edilir, eyni zamanda xarici ölkə universitetlərinin aparıcı alimləri Bakıya dəvət olunurdu. Həmin dövrdə maliyyə ehtiyatları tapmaq və onları optimal şəkildə bölüşdürmək bacarığını "kiçik möcüzə" adlandırmaq olardı. Xarici neft şirkətlərinin elmi mərkəzlərində çalışan həmkarlarla əlaqələr tənzimləndikcə institutun aparıcı xarici universitetlərlə əməkdaşlığı xeyli fəallaşırdı. Bu, Azərbaycanın geoloq-alimlərinin beynəlxalq aləmdə tanınmasının və dünya elm aləmində statusunun əhəmiyyətli dərəcədə artmasının başlanğıcı idi. Geologiya İnstitutu qazanılmış beynəlxalq qrantların sayına görə Azərbaycanın elmi müəssisələri arasında liderə çevrilmişdir. Bu gün institut SOROS, INTAS, NATO, CRDF, KOPERNICUS, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondubir sıra başqa məşhur beynəlxalq fondlarla fəal əməkdaşlığı davam etdirir.

İnstitutun tərəfdaşlıq coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Onun tərəfdaşları arasında Böyük Britaniyanın KembricAberdin, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetlərinin, Massaçusets Texnoloji İnstitutunun, PyerMariya Küri adına Universitetin, Fransa Neft İnstitutunun, Almaniyanın KarlsrueHannover universitetlərinin, Moskva Universitetinin, Niderlandın Delft Universitetinin, İstanbul Universitetininbir sıra başqa nüfuzlu ali məktəblərin görkəmli alimlərinin adlarını çəkmək olar. Köhnə əlaqələr sürətlə bərpa edilir, fəallaşır, MDB ölkələrinin və Sakit okean regionu dövlətlərinin alimləri ilə elmi əməkdaşlıq tənzimlənir. AMEA-nın Geologiya İnstitutunun fəaliyyətinin yeni mərhələsi Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Tayvanın Çanq-Konq Universiteti, İndoneziya Milli Neft Şirkəti və digər qurumlarla müştərək işlərlə əlamətdardır.

Bu gün cəsarətlə demək olar ki, Geologiya İnstitutunun nüfuzu təkcə milliregional səviyyə ilə məhdudlaşmır, bu baxımdan şəksiz lider olan institut bəzi istiqamətlər üzrə region hüdudlarından kənarda da çoxdan məşhurdur.

Dünyada palçıq vulkanlarının paylanması və onların püskürməsi mexanizmlərinin zaman-məkan qanunauyğunluqlarının təhlili sahəsində birincilik statusuna malik olan, geofiziki sahələrin uzunmüddətli vizual, aerokosmik, instrumentaltelemetrik monitorinqinə, palçıq vulkanlarının fəaliyyəti məhsullarının izotop-geokimyəvi xüsusiyyətlərinin dərindən öyrənilməsinə əsaslanan araşdırmalar haqlı olaraq Geologiya İnstitutunun vizit kartı hesab edilə bilər. Akademik Akif Əlizadənin rəhbərliyi altında ən yeni geofiziki, ilk növbədə Yerin dərin qatlarına aid seysmik və geokimyəvi materiallar əsasında Cənubi Xəzər hövzəsinin, ən mürəkkəb dərin yataqlardakı çöküntülərin karbohidrogen sistemlərinin tədqiqində, Yerin təkinin neftli-qazlılıq göstəricilərinin proqnozlaşdırılmasında unikal nəticələr alınmışdır.

On ildən artıqdır ki, yüksək texnologiyalar sahəsində dünyada lider sayılan Massaçusets Texnoloji İnstitutu ilə birlikdə Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya bölgələrinin daxil olduğu böyük bir regionda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə araşdırmalar aparılır. Kosmik geodeziya vasitələrindən istifadə edilməklə aparılan tədqiqatların nəticələri dünyanın ən nüfuzlu elmi jurnallarında dərc edilmiş, beynəlxalq konqreskonfranslarda dünya elmi birliyinin nəzərinə çatdırılmışdır. Həmin məlumatlar geologiya sahəsində ən çox istinad edilən və ən çox tələbat olan elmi işlər sırasına aiddir.

İnstitut geologiya elminin fundamental istiqamətlərində aparılan işlərlə yanaşı, həm də respublika iqtisadiyyatının mühüm problemlərinin həllində fəal iştirak edir. Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş üç elmi-texniki kompleks proqram bu gün institutun fəaliyyətinin prioritet istiqamətləridir. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına həsr edilmiş birinci proqram regionda karbohidrogen potensialının və müasir geodinamik şəraitin qiymətləndirilməsi ilə bağlıdır. İkincisi mineral xammal hasilatının ekoloji baxımdan təhlükəsiz texnologiyalarının işlənib hazırlanmasına, üçüncü proqram isə Azərbaycan təbiətinin geoloji müxtəlifliyinin və təbii abidələrin qorunub saxlanmasının təmin edilməsinə həsr olunmuşdur.

Akademik Akif Əlizadənin rəhbərliyi ilə işlənib nəşr edilmiş səkkiz cildlik unikal fundamental "Azərbaycan geologiyası" və "Azərbaycan mineralları" adlı ensiklopedik atlas gənc kadrların hazırlanması üçün həqiqətən çox qiymətli elmi mənbələrdir.

Ötən il akademik Akif Əlizadəyə böyük etimad göstərilmiş, AMEA-nın ümumi yığıncağında o, Akademiyanın prezidenti seçilmiş, 2013-cü il aprelin 25-də isə Prezident İlham Əliyev onun Azərbaycan elmində bu ali vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalamışdır.

Akademik Akif Əlizadə AMEA-ya rəhbərlik etdiyi müddətdə bir sıra təşəbbüslər irəli sürmüş, ciddi islahatlara başlanmışdır. Bu gün AMEA-nın fəaliyyətinin başlıca istiqaməti dünya elminə sürətlə inteqrasiya etmək, qabaqcıl metodlaratexnologiyalara yiyələnmək və gənc elmi kadrların hazırlanması məsələləridir.

Akademikin irəli sürdüyü təşəbbüslərdən biri də AMEA nəzdində humanitar, təbiət elmlərinin, texniki elmlərin bir sıra sahələri üzrə, o cümlədən magistratura pilləsində kadrlar hazırlanan universitet və gimnaziyaların təşkilidir.

Akademiyanın prezidentinin təşəbbüsü ilə AMEA "Azərbaycan-2020: gələçəyə baxış" İnkişaf Konsepsiyasının, eləsə də respublikanın inkişafının prioritet istiqamətləri üzrə digər ən mühüm kompleks proqramların həyata keçirilməsində fəal iştirak edir.

AMEA-nın 2015-ci ildə qeyd ediləcək 70 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində kadr hazırlığı üzrə Dövlət Proqramının qəbul edilməsi də nəzərdə tutulub. Bu proqrama görə universitet və gimnaziyanın yaradılmasından əlavə, innovasiyalı elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnopark tikintisi və "Elm şəhərciyi"nin təməlinin qoyulması da planlaşdırılır.

AMEA-nın prezidenti Elmlər Akademiyasının təsisçilərinin, bu möhtəşəm elm məbədinin yaradılmasında böyük xidmətləri olan şəxsiyyətlərin yubileylərinə həsr edilmiş kitabların nəşr edilməsi, "AMEA-70" xatirə medalının hazırlanması, "Elm şəhərciyi"ndə idarə heyəti binasının yenidən qurulması, AMEA-nın əməkdaşları üçün tibbi sığortanın tətbiqi, xüsusi poliklinikanın təşkili, regionlarda müalicə-sağlamlıq kompleksinin, idman-sağlamlıq və istirahət mərkəzlərinin yaradılması məsələləri də nəzərdə tutulur. Yubileyə hazırlıq mərhələsində AMEA-nın tarixinə həsr edilmiş sənədli filmin yaradılması, regionlarda sərgilərin təşkili və digər tədbirlərin keçirilməsi də planlaşdırılır.

Bu gün Azərbaycan elmi akademik Akif Əlizadənin şəxsində layiqli liderə malikdirrespublika ictimaiyyəti elmin və təhsilin təşkili, cəmiyyətdə elm xadimlərinə həmişə xas olmuş yüksək mövqeyin bərpası sahəsində görülən işləri onun fəaliyyəti ilə də bağlayır.

Azərbaycanın elmi ictimaiyyəti əmindir ki, müəyyən çətinliklərə baxmayaraq respublikada elmi islahat məsələləri uğurla həll ediləcək, Azərbaycan elm, texnologiya və innovasiya sahəsində regional miqyasda lider olacaq.

 

 

 

Arif MEHDİYEV,

akademik

İbrahim QULİYEV,

Akademik

Azərbaycan.-2014.- 25 fevral.- S.4.