Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə əlaqədar əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Sumqayıt şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi və
abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər
İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 fevral
2014-cü il
Azərbaycan.-2014.- 26 fevral.- S.1.