«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi
Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə
Şurası haqqında Əsasnamədə dəyişikliklər
edilməsi barədə» Müstəqil Dövlətlər Birliyinin Hökumət
Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
2011-ci il mayın 19-da Minsk şəhərində
imzalanmış "Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin
Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə
Şurası haqqında Əsasnamədə dəyişikliklər
edilməsi barədə" Müstəqil Dövlətlər
Birliyinin Hökumət Başçıları
Şurasının Qərarı (Azərbaycan
Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə)
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu fərmanın 1 ci hissəsində
göstərilən qərarın müddəalarının həyata
keçirilməsi üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin qərarın
təsdiq edildiyi barədə Müstəqil Dövlətlər
Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral
2014-cü il
Azərbaycan.-2014.- 26 fevral.- S.3.