Avropa Şurasının «Terrorçuluğun qarşısının
alınması
haqqında» Konvensiyasının təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Avropa
Şurasının "Terrorçuluğun
qarşısının alınması haqqında" 2005-ci
il mayın 16-da Varşava şəhərində
imzalanmış Konvensiyası Azərbaycan
Respublikasının ona dair bəyanatı ilə təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 fevral
2014-cü il
Azərbaycan.-2014.- 26 fevral.- S.3.