Azərbaycanın ikinci sənaye mərkəzində mis

 emalı zavodu fəaliyyətə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Sumqayıta səfəri çərçivəsində mis emalı zavodunun açılışında iştirak etmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir.

Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biribu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqətdən kənarda qalmır. Bu sırada Sumqayıt mis emalı zavodu da əhəmiyyəti ilə fərqlənir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına məlumat verdi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkə üzrə 20 minədək sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 116 mindən çox yeni yeri yaradılmışdır. Sumqayıt şəhəri üzrə isə 318 investisiya layihəsinin maliyyələşdirilməsinə 89,8 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 6 minə yaxın yeni yeri yaradılmışdır. Sumqayıtda müasir texnologiyaların tətbiqinə əsaslanan kağız və karton istehsalat kombinatı, bitki yağları fabrikimis emalı zavoduna ümumilikdə 25 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.

Prezident İlham Əliyev mis emalı zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.

Bildirildi ki, zavodda emal prosesi dünya standartlarına uyğun həyata keçiriləcəkdir. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı təşkil olunacaqdır. Ümumi dəyəri 10 milyon manatdan çox olan zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir.

Prezident İlham Əliyev zavodu işə saldı.

Qeyd olundu ki, müəssisə dünyada bu sahədə tanınan şirkətlərin müasir avadanlığı və texnologiyaları əsasında qurulmuşdur. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir. İkinci mərhələdə ay ərzində  450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir.

Prezident İlham Əliyev mis emalı sahəsi ilə tanış oldu.

Dövlət başçısına istehsal prosesi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, burada istehsal prosesi tamamilə avtomatlaşdırılmışdır ki, bu da hazır məhsulun keyfiyyətini təmin edir. Bu texnologiyanın üstünlüyü ondadır ki, misin tərkibində oksigenin faizi minimum səviyyəyə gətirilir və nəticədə yüksək keyfiyyətə malik naqillər istehsal edilir. Bu üsulla hazırlanan mis naqillərin ötürücülük qabiliyyəti digər naqillərdən qat-qat yüksəkdir.

Qeyd edildi ki, bu məhsullara həm daxili, həm də dünya bazarında böyük tələbat vardır. Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi hazırda yerli şirkətlərdir. Layihənin icrası nəticəsində 70 yeni yeri də yaradılmışdır.

Müəssisənin əhəmiyyətindən danışarkən qeyd edildi ki, müasir texnologiyalar və avadanlıq əsasında yaradılan zavod mis məmulatlarının idxalını aradan qaldıracaq, bu sahədə tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir. Digər tərəfdən, xammal kimi tullantılardan istifadə edilməsi baxımından müəssisə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir. Ən əsası isə zavodun imkanlarının genişləndirilməsi, qəbul məntəqələrinin açılması hesabına yeni yerlərinin yaradılması istiqamətində də mühüm addım atılacaqdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 26 fevral.- S.3.