"Hərbi Ovçuluq
İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 44 Bakı şəhəri,
13 fevral 2014-cü il
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli
əlavə).
2.
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli
Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli
əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.- 27 fevral.- S.1.