Britaniyanın Sheffield Universitetində Xocalı soyqırımına

 həsr edilmiş videoçarx hazırlanmışdır

 

Britaniyanın Sheffield Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr edilmiş videoçarx hazırlanmışdır.

Videoçarxda Birləşmiş Krallıq, Çin, Bolqarıstan Rumıniya, Türkiyə və başqa ölkələrdən tələbələr "Xocalıya ədalət!" kampaniyasını dəstəklədiklərini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qınadıqlarını və faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsinə ümid bəslədiklərini ifadə etmişlər.

Videoçarxa aşağıdakı linkdən baxmaq olar: http://www.youtube.com/watch? v=TxbZ2g CL2w4 &feature=youtu.be

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 27 fevral.- S.4.