Böyük Britaniyanın Liverpul Universitetinin kitabxanasına

 Xocalı faciəsinə və Qarabağa aid elmi kitablar hədiyyə edilmişdir

 

Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində Böyük Britaniyanın Liverpul Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinin dəstəyi ilə "Sidney Cons" kitabxanasına Xocalı faciəsinə və Qarabağa aid elmi kitablar hədiyyə etmişdir.

Bundan əlavə, Heydər Əliyev Fondunun nəşri olan "Qarabağ həqiqətləri" bukletlər toplusu da kitabxanada paylanılmışdır.

Kitablar arasında  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə yanaşı, "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar", "Bakı xatirələri", "Unudulmuş münaqişə", "Qarabağ haqqında həqiqi faktlar", "Xocalı faciəsi - beynəlxalq baxış" nəşrləri də yer almışdır.

Təqdim edilmiş kitablara aşağıdakı linklər vasitəsilə universitetin sistemindən baxmaq mümkündür:

http://library.liv.ac.uk/search/?searchtype=t&SORT=D&searcharg=Khojaly&searchscope=8

http://library.liv.ac.uk/search~S8/? searchtype=t&searcharg=Goris&searchscope=8&sortdropdown=-&SORT=D&extended=0&SUBMIT=Search&searchlimits=&searchorigarg=tKhojaly

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 27 fevral.- S.7.