«Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanını "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə
75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2,
maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770;
2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787;
2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339) ilə təsdiq
edilmiş "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə"nin 8.16-cı bəndinin
üçüncü abzasında "ünvanlar reyestrindən"
sözləri "Ünvan Reyestri İnformasiya Sistemindən"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 fevral
2014-cü il
Azərbaycan.-2014.- 28 fevral.- S.1.