«Azərbaycan Respublikasında ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi Qaydaları»nın təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanını "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, № 11, maddə 981; 2010, №7, maddə 610, №8, maddə
720; 2012, №2, maddə 79) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ünvan reyestrinin aparılması və
daşınmaz əmlak obyektlərinə ünvan verilməsi
Qaydaları"nın 2.3-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral
2014-cü il
Azərbaycan.-2014.-
28 fevral.- S.1.