Şamaxı ildən-ilə daha müasir bölgəyə çevrilir

 

Ölkəmizin regionlarında müasir infrastruktur yaradılması məsələləri ilə bağlı  Prezident İlham Əliyev demişdir: "Regionlarda müasir infrastrukturun yaradılması məsələsi öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır".

Azərbaycanın ən qədim mədəniyyət və elm mərkəzlərindən olan Şamaxı rayonu da son illər yüksək sürətlə inkişaf edir. Dağlar qoynuna sığınmış bu qədim diyar digər bölgələrimiz kimi tikilir, qurulur, yenilənir. Görülən işlərdə isə Şamaxının tarixilikmilli memarlıq xüsusiyyətlərinə həssaslıqla yanaşılır. Yolların çəkilişindən, səkilərin düzəldilməsindən, hasarların naxışlanmasından tutmuş, fasadların yenilənməsinə qədər hər şeydə qədimliklə müasirliyin vəhdətinə çalışılır. Bütün bu tədbirlərin həyata keçirilməsi, layihələrin gerçəkləşdirilməsi isə Prezident İlham Əliyevin diqqəti, qayğısı ilə şərtlənir.

 

 

 

Uğurların əsasında dövlət qayğısı dayanır

 

 

Bu günlərdə şamaxılılar ötən ilin yekunlarına və bu il görüləcək işlərə həsr olunmuş geniş yığıncaq keçiriblər. Şamaxı RİH başçısı Asif Ağayev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə də qeyd olunub ki, qazanılan bütün uğurların arxasında Prezident İlham Əliyevin Şamaxıya qayğısı dayanır. Ölkə rəhbərinin "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 18 yanvar 2013-cü il tarixli sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə altı milyon manat vəsait ayrılması da məhz bu qayğının təzahürüdür.

Prezident İlham Əliyevin 2013-cü il may ayının 16 və 17-də Şamaxıya səfərini rayon sakinləri indixoş ovqatla xatırlayırlar. Həmin səfər çərçivəsində dövlət başçısı əsaslı şəkildə bərpa olunan, yüksək səviyyədə yenidən qurulan Şamaxı Cümə məscidinin, genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Kompleksinin, möhtəşəm elm mərkəzlərindən birinə çevrilən Şamaxı Astrofizika Rəsədxanasının, Şamaxı Uşaq İncəsənət Təhsil Mərkəzi üçün tikilən müasir binanın açılış mərasimlərində iştirak edib. Prezidentin bu səfəri şamaxılıların ruh yüksəkliyini, qurub-yaratmaq əzmini daha da artırıb.    

A.Ağayev məruzəsində 2013-cü il oktyabrın 9-da keçirilmiş Prezident seçkilərinə də toxunaraq qeyd edib ki, Şamaxı seçiciləri ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə bir daha sübut ediblər ki, Azərbaycanın uğurlarının davamı, daha xoşbəxt gələcəyi məhz bu seçimlə bağlıdır.

Ötən il Şamaxının sosial-iqtisadi göstəriciləri uğurlu olub. İl ərzində 151,7 milyon manat dəyərində ümumi məhsul istehsalı bunu təsdiq edir. Rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 44,5 milyon, tikinti-quraşdırma işlərinin həcmi 41,8 milyon, sənaye məhsulunun həcmi 4,3 milyon manat təşkil edib. Ötən il həmçinin pərakəndə əmtəə dövriyyəsi 153,1 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34 milyon manat olub. Sahibkarlığın inkişaf etdirilməsinin, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsinin nəticəsidir ki, 2013-cü ildə Şamaxıda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 450-yə çatıb. Rayon üzrə 465 daimi yeri açılıb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi də artmaqda davam edir. Ümumilikdə, dövlət proqramlarının qəbulundan sonra Şamaxı rayonunda 10043 yeni yeri açılıb.

 

 

 

İslahatlar aqrar göstəricilərin yüksəlməsinə təsir edir

 

 

Şamaxı əsasən aqrar rayon olmaqla iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Ötən bir il ərzində bu sahədə 49,2 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 4,5 milyon manat çoxdur. Rayon üzrə 23450 hektar sahədən 41038,1 ton taxıl götürülmüşdür. Bu rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. 2013-cü ildə həmçinin 20318 hektar sahədə payızlıq taxıl əkilmişdir.

İstər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Keçən il rayon üzrə 5949 nəfərə 1 milyon 388 min 500 manat yardım verilmişdir.

Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri sayılırdı. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda Şamaxıda üzüm bağlarının sahəsi 1617,5 hektara çatır. Keçən il isə 87,5 hektar sahədə yeni üzümlük salınmışdır ki, bu da əvvəlki illə müqayisədə 16,5 hektar çoxdur.

Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən biridir. Ötən ilin sonuna kimi rayonda qaramalın sayı 37610 başa, davarın sayı 187402 başa, quşların sayı 268165 başa çatdırılmışdır ki, bu da 2012-ci illə müqayisədə xeyli çoxdur.

 

 

 

Abadlıq-quruculuq işləri geniş vüsət alıb

 

 

Şamaxının Bakı istiqamətindəki giriş hissəsində xüsusi layihə əsasında inşa olunmuş, ətrafında geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış Qala divarları şəhərə xüsusi yaraşıq verir. Qala divarlarının daxilində yeni Etnoqrafiya muzeyi yaradılmış və orada rayonun tarixi keçmişini əks etdirən xeyli eksponat toplanmışdır.

2013-cü ildə "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 23,5 kilometri çəkilib başa çatdırılmış, 53 kilometrlik Şamaxı-Padar-Çöl yolunun 17 kilometrinə asfalt-beton örtük vurulmuşdur. Həmin magistral yolun Göylər-Şamaxı hissəsində 5 km-ə yaxın məsafə də təmir edilmişdir. Şamaxı-Çuxuryurd-Qızmeydan yolunun 13-cü kilometrində təmir işləri başa çatmaq üzrədir. Bu yolun tikintisi Şamaxı-Quba yolunun başlanğıcı hesab olunur. Göylər-Birinci Çaylı və Quşçu yolunun cari təmir işlərinə də başlanılmışdır.

2013-cü il ərzində Şamaxı şəhərinin küçələrinin abadlaşdırılmasına və yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, Heydər Əliyev, S.Ə.ŞirvaniŞirvan küçələri tamamilə yenidən qurulmuşdur. Ümumilikdə şəhərin küçələrinə 66,6 min kv.metr asfalt-beton örtük vurulmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beşmənzilli  yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 evin tikintisi başa çatdırılaraq sahiblərinə verilmişdir.

Ötən il rayonun İkinci Çaylı, Hacılı, Böyük Xınıslı və Muğanlı kəndlərinin hər birində 80 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Mədrəsə qəsəbəsində 380, Talışnuru, Hacıqədirli, Şərədil kənd məktəbləri üçün hər biri 80 yerlik yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Şamaxı şəhər 1 nömrəli uşaq bağçası - körpələr evinin tikintisi və şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir. 80 yerlik Cabanı kənd məktəbinin tikintisi davam etdirilir. Ancaq üç ildir 80 yerlik İkinci Çaylı məktəbinin tikintisi heç bir əsas olmadan yubadılır. Bununla bağlı Təhsil Nazirliyinə müraciət olunmuşdur. İməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində və yeni tikilmiş 63 yaşayış evinin qarşısında 5 mindən çox ağacgül kolları əkilmişdir.

 

 

 

Əhalinin su, işıq və təbii qaz təminatı yaxşılaşdırılır

 

 

 

Həyata keçirilən tədbirlər nəticəsində əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində xeyli görülmüşdür. Rayon ərazisində 100,4 kv-luq elektrik xətlərində istismar müddəti keçən 355 dayaq, 6,8 km xətti SİP kabellə əvəz olunmuş, 1004 kv-luq 24 transformator təmir edilmişdir. Bu sahədə ciddi problemlər də qalmaqdadır. Dəfələrlə rəsmi müraciət olunmasına baxmayaraq rayonun keçən əsrin 50-60-cı illərində yaradılmış elektrik təsərrüfatının yenidən qurulması öz həllini tapmamışdır. Buna görə də tez-tez qəzalar baş verir və nəticədə elektrik verilişində fasilələr yaranır ki, bu da əhalinin haqlı narazılıqlarına səbəb olur.

Çuxuryurd kəndində və şəhərin 25a saylı yaşayış massivində əsaslı təmir, Avaxıl, Yenikənd, Dağ Bağırlı, Mərzəndiyə kəndlərində, Nəsimi yaşayış massivində, Sabir qəsəbəsində və onun Pirsaatçay yaşayış massivi adlanan hissəsində qazlaşdırma işləri görülür. Bundan əlavə, şəhərin 10a və 48a saylı yeni yaşayış massivlərinin qazlaşdırılmasının layihələndirilməsi işlərinə başlanılmışdır. İl ərzində rayonun Birinci Çaylı, Quşçu, Laləzar, Aşkar, İkinci Çaylı, Çarhan, Göylər, Birinci Cabanı, İkinci Cabanı, Həmyəli kəndlərinə təbii qaz xətləri çəkilmişdir. Hazırda 33 yaşayış məntəqəsində 15946 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 79,5 faizini təşkil edir.

Məruzədə həmçinin qeyd edilmişdir ki, Şamaxı şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. Belə ki, layihə icra olunandan bu günə kimi şəhərin küçələrində 79322 pm magistral kanalizasiya xətti, 79659 pm magistral su xətti çəkilmişdir.

 

 

 

Rabitə, təhsil və....

 

 

 

2013-cü ildə rayon üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 3100-ə çatdırılmışdır. Yeni avadanlığın istifadəyə verilməsi ilə Əngəxaran, Qonaqkənd və Adnalı kəndlərində genişzolaqlı internet istifadəçilərinin sayı 248-i keçmişdir.

Qeyd edək ki, rayonda 72 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 11586 şagirdə 1772 müəllim dərs deyir. Şamaxı şəhər 2 nömrəli tam orta məktəb və Şamaxı Avropa Liseyi "Elektron məktəb" layihəsinə qoşulmuşdur.

Ötən il rayonun 6 müəllimi - Nurlana Maqsudova, Sevda Babaşova, Ruhiyyə Əsgərova, İqbal Məmmədov, Sahil Şirinov və Əzizağa Vəliyev "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşlar. Şamaxı şəhər 10 nömrəli və Nağaraxana kənd tam orta məktəbləri isə "1 şagird-1 kompyuter" respublika müsabiqəsinin qalibləri kimi Təhsil Nazirliyinin diplom və mükafatlarını almışlar.

Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi, mərkəzi xəstəxana binasının əsaslı təmiri, müasir tibb avadanlıqları ilə təchiz olunması rayonda, o cümlədən bölgədə əhaliyə tibb xidmətinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Rayonda mədəniyyət və turizm sahəsində də müəyyən işlər görülür. Ötən il Şamaxı İncəsənət Təhsil Mərkəzi tikilib istifadəyə verilmiş, rayon mərkəzi kitabxanasının yerləşdiyi bina əsaslı təmir olunmuşorada istilik sistemi quraşdırılmışdır.

Şamaxı-Avaxıl avtomobil yolunun yenidən çəkilməsi, 743-cü ildə inşa olunmuş tarixi memarlıq abidəsi Şamaxı Cümə məscidinin təmir-bərpadan, Şamaxı Astrofizika Rəsədxanasının təmirdən sonra istifadəyə verilməsi böyük turist axınına səbəb olub. Ötən il Şamaxıya gələn turistlərin sayı 80 mini keçib.

Bu gün Şamaxı qədimliyi və müasirliyi birgə yaşadır və sürətlə inkişaf etdirir. Rayon ağsaqqallarından olan Mahmud kişinin təbirincə desək, dövlətin qayğısı o qədər yüksəkdir ki, bu qayğı ilə daşı da çiçəklədə bilərik. Elə bu qayğının nəticəsidir ki, Şamaxı ildən-ilə daha gözəl, daha müasir bölgəyə çevrilir.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 28 fevral.- S.5.