Sumqayıt hadisələri erməni
faşistlərinin məkrli hiyləsidir
Sumqayıt Tarix Muzeyində Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə "1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələr və Xocalı soyqrımı"na həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.
Mərasimdə
çıxış edən Sumqayıt Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Elgin Həbibullayev 26 il öncə baş verən hadisələrin
erməni təxribat maşınının məkrli hiyləsi
olduğunu iştirakçıların nəzərinə
çatdırdı. E.Həbibullayev bildirdi ki, erməni
faşistləri nə dərəcədə amansız qatil
olduqlarını Sumqayıt hadisələrində aydın
göstərdilər. Onlar öz bəd niyyətlərinə
çatmaq üçün hətta öz
soydaşlarının qanını tökməkdən belə
çəkinmədilər. Törədilən talan və
amansız qətl hadisələrinin ssenarisini hazırlayıb
axıradək icra edən erməni cəlladları
bütün bu cinayətlərdə həyasızcasına
başqalarını ittiham edirdilər. Məqsədləri də
aydın idi: ərazilərimizi işğal edən, Xocalı
soyqırımını törədən erməni qatilləri
Sumqayıt hadisələri ilə faşıst mahiyyətlərini
gizlətməyə, ağır cinayətlərini
ört-basdır etməyə çalışırdılar.
Natiq
həmçinin vurğuladı ki, müasir dünya çox
gərgin və qarışıq bir dövrünü
yaşamaqdadır. Bu gün Prezident İlham Əliyevin
müdrikliklə yeritdiyi xarici siyasət dövlətimizi
bölgədə liderə çevirib. Yüksələn
iqtisadi göstəricilər Azərbaycanın dünyada
nüfuzunun artmasına, mövqeyinin güclənməsinə
xidmət edir.
Tədbirdə
çıxış edən Sumqayıt Gənclər və
İdman Baş İdarəsinin rəisi M.Həsənov, tədqiqatçı
jurnalist E.Məmmədov, yazıçı Ə.Lələdağ,
SDU-nun kafedra müdiri professor R.Məmmədov və digərləri
hadisələrin keçmiş Sovetlər birliyinin rəhbəri
M.Qorbaçovun dəstəyilə ermənilər tərəfindən
xüsusi ssenari ilə törədildiyini faktlarla
iştirakçıların nəzərinə
çatdırdılar. Bildirildi ki, Sumqayıt hadisələri
əslində xəstə erməni təxəyyülünün
"böyük Ermənistan" adlı məkrli və zəncirvari
planının bir hissəsi idi. Xilqəti xəyanətlə
yoğrulan erməni cəlladları Qorbaçovun
xeyir-duası ilə Sumqayıt hadisələrində
Xocalı faciəsini "məşq" etdilər və
qaldırdıqları hay-küyə sevindilər.
Mərasimin
sonunda Sumqayıt Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Elgin Həbibullayev belə tədbirlərin gənclərin
dünyagörüşünün formalaşmasında
mühüm rol oynadığını mərasim
iştirakçılarının diqqətinə
çatdırdı. Əgər ötən əsrdə
onilliklər boyu bizi erməni cəlladlarının törətdikləri
cinayətləri unutmağa, onlara poemalar yazmağa vadar edirdilərsə,
bu gün müstəqil Azərbaycan dövləti erməni
faşistlərinin törətdikləri saysız faciələrin açılması, qatillərin
ittiham edilməsi üçün bütün imkanlardan faydalanmağa
çalışır. Artıq müasir gənclik
düşmənlərini daha yaxşı tanıyır.
Tədbirdə
Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən
Sumqayıt hadisələrinə işıq salan kitablar
ingilis, alman, fransız və rus dillərində mərasim
iştirakçılarına paylanıldı.
Akif ƏLİYEV,
Azərbaycan.-2014.- 28 fevral.- S.8.