“Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 2 may tarixli 956-IVQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2014-cü il 2
may tarixli 956-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 1 iyul.- S.1.