“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında”
2014-cü il fevralın 28-də Brüssel şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 may 2014-cü il
Azərbaycan.-2014.- 1 iyul.- S.1.