“Korrupsiyaya
qarşı mübarizə: Beynəlxalq standartlar
və milli təcrübələr” mövzusunda konfransda
qarşılıqlı müzakirələr aparılır,
digər dövlətlərin təcrübəsi öyrənilir
Azərbaycan
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.
Bu sədrlik dövründə bir çox mühüm beynəlxalq
tədbirlər həyata keçiriləcəkdir. Belə tədbirlərdən
biri də “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq
standartlar və milli təcrübələr” mövzusunda
Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq
konfransdır.
AzərTAc
xəbər verir ki, bu sözləri Azərbaycan
Respublikasının baş prokuroru Zakir Qaralov iyunun 30-da
jurnalistlərə müsahibəsində demişdir.
Konfransın
çox böyük əhəmiyyətə malik olduğunu
bildirən baş prokuror demişdir ki, 35 ölkədən
130-a yaxın nümayəndənin, o cümlədən
baş prokurorların, ədliyyə nazirlərinin,
ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərlərinin
qatıldığı tədbirdə faydalı müzakirələr
aparılır, digər dövlətlərin bu sahədə təcrübəsi
öyrənilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Avropa
Şurası Parlament Assambleyasının iclasındakı
çıxışında korrupsiyaya qarşı mübarizənin
prioritet istiqamətlərdən olduğunu bir daha
vurğuladığını qeyd edən Zakir Qaralov dövlətimizin
başçısının bu sahədə ciddi siyasi iradə
ortaya qoyduğunu diqqətə
çatdırmışdır. Z.Qaralov demişdir ki, Azərbaycan
Respublikasının Baş Prokurorluğu da işini bu siyasi
iradəyə uyğun təşkil edir.
Azərbaycan.-2014.- 1 iyul.- S.6.