Azərbaycanın və Moldovanın Baş prokurorluqları
arasında əməkdaşlıq
proqramı imzalanmışdır
İyunun
30-da Bakıda keçirilən “Korrupsiyaya qarşı
mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr”
mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans
çərçivəsində “Moldova Respublikası Baş
Prokurorluğu və Azərbaycan Respublikası Baş
Prokurorluğu arasında əməkdaşlıq proqramı”
imzalanmışdır.
AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının baş
prokuroru Zakir Qaralov hər iki ölkənin müvafiq
qurumları arasında sıx əməkdaşlığın
mövcud olduğunu qeyd edərək bu sənədin əlaqələri
daha da gücləndirəcəyinə əminliyini
bildirmişdir. Baş prokuror Moldovada yaşayan azərbaycanlıların,
eləcə də Azərbaycanda yaşayan moldovalıların
hüquqlarının müdafiəsinə böyük diqqət
yetirildiyini xüsusi vurğulamışdır.
Baş
prokuroru Korneliu Qurin Moldovada yaşayan azərbaycanlıların
bu ölkənin qanunlarına ciddi əməl edən vətəndaşlar
olduğunu qeyd etmişdir. K.Qurin Moldova ilə Azərbaycan
arasında ikitərəfli əlaqələrin uğurla
inkişaf etdiyini bildirmişdir.
Azərbaycan.-2014.- 1 iyul.- S.6.