Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
sədri Yevlax şəhərində
vətəndaşları qəbul etmişdir
İyunun
30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yevlax
şəhərindəki Heydər Əliyev Mərkəzində
vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu, onların problem və təkliflərinin öyrənilməsi və operativ həlli ilə əlaqədar verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq keçirilən qəbulda Mingəçevir şəhərindən, Yevlax və Beyləqan rayonlarından olan sakinlər iştirak etmişlər.
Qəbulda vətəndaşların fikir və təklifləri dinlənilmişdir. Vətəndaşlar əsasən sosial məsələlərlə əlaqədar müraciət etmişlər.
Qəbula gələn sakinlər yaradılan
şəraitdən razı qaldıqlarını bildirmişlər.
Azərbaycan.-2014.- 1 iyul.- S.6.