Prezident İlham Əliyev AŞ PA-nın

 sessiyasında erməni lobbisinin iddialarını ifşa etdi

 

İyunun 24-də Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan üçün tarixi gün kimi yaddaşlara yazıldı. Bu mötəbər tədbirdə Prezident İlham Əliyev geniş nitq söyləyərək müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasiiqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, ölkənin təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxilixarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə ətraflı məlumat verdi. Eyni zamanda dövlət başçısı daim Azərbaycanın uğurlarına kölgə salmağa çalışan “qüvvələrə” ciddi mesajlar verdi. Prezident İlham Əliyevin dünyaya mesajları ölkə ictimaiyyətini, siyasətçiləri, politoloqları qürurlandırdı. Bu tarixi çıxışla bağlı bu gün də müsbət rəylər, fikirlər səslənməkdədir.

 

Səttar MEHBALIYEV, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:

- Azərbaycan Prezidentinin Avropanın ən önənli təşkilatının sessiyasındakı çıxışı bir daha təsdiq etdi ki, dövlətimizin başçısı qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadihumanitar sahələrdə regiondadünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görüröz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır. Prezident dünyaya bəyan etdi ki, yüz illərdir ki, ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanılır. Bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır. Böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmiz bu gün regionda sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir. Prezident çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, müasir inkişaf səviyyəsini, gələcək dövr üçün prioritetlərini sistemli şəkildə təhlil etdi.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, nəhəng enerji layihələrinin həyata keçirilməsi, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, tərəqqi və müasir cəmiyyət quruculuğu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı durum və digər məsələlər cənab İlham Əliyevin nitqində sistemli təhlilin əsas konturlarını təşkil etdi. Cənab Prezident Azərbaycanın 60-a yaxın konvensiyaya qoşulduğunu, qanunvericiliyini yeniləşdirdiyini və hazırda dövlətin apardığı islahatların cəmiyyətdə çox müsbət ab-hava yaratdığını sessiya iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda bildirdi ki, Azərbaycanda bir çox azadlıqlar, demokratik institutların fəaliyyəti təmin edilib, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar həyata keçirilib, azad internet mövcuddur.

Toplantıda AŞ PA nümayəndələrinin suallarını cavablandıran cənab Prezident qeyd etdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunub. Bütün bunlar isə dövlətin islahatlara nə dərəcədə sadiq olduğunun bariz nümunəsidir və bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir.

Diqqətçəkən məqamlardan biri Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların tutduğu mövqeyə münasibət bildirməsi oldu. Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan ikili standartları qəbul etməyəcək və Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır. Cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər həm də erməni lobbisinin iddialarını ifşa etdireal vəziyyəti tam açıqlığı ilə Avropa ictimaiyyətinə çatdırdı. Dövlət başçısı beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin tətbiqi mexanizminin yaradılması təklifi ilə çıxış etdi. Prezident İlham Əliyevin suallara cavabı bir daha təsdiq etdi ki, dövlət başçısı tənqidə açıq, lakin istənilən haqsızlığı öz dəmir iradəsi və məntiqi ilə neytrallaşdırmağı bacaran, müstəqil və analitik mühakimə qabiliyyətinə malik, prinsipial siyasi xadimdir.

Musa QULIYEV, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini:

- Azərbaycan Prezidentinin AŞ PA-dakı çıxışı və suallara cavabları bir vətəndaş kimi məndə də qurur hissi doğurdu və fəxr etdim ki, ölkəmin, xalqımın belə bir qüdrətli Prezidenti, lideri var. Dövlətimizin başçısının istər hadisələrə münasibəti, istərsə də bəzilərinin qərəzli münasibətlərinin qarşısını kəsən fikirlər söyləməsi onun nə qədər yüksək hazırlıq səviyyəsində bir diplomat, siyasi lider olduğunu göstərdi. Azərbaycana münasibətdə özünü göstərən ikili standartlar, ayrı-seçkilik hər zaman hiss olunur. Prezidentbunu qətiyyətlə söylədi və Azərbaycanın mövqeyini ortaya qoydu. AŞ PA-nın sessiyasında Azərbaycana qarşı müəyyən qərəzli missiyalar həyata keçirən, sağlam hüquqi əsaslara söykənməyən ideyalarla silahlanmış bəzi insanların ölkəmizə qarşı apardıqları çirkin kampaniya iflasa uğradı. Cənab Prezident onların hər birinin təxribat xarakterli suallarını tutarlı arqumentlərlə cavablandırdı və bütün Avropa Prezident İlham Əliyevin ölkəsi üçün həyata keçirdiyi uğurlu siyasətdən xəbərdar oldu.

Cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu hücumların səbəbləri heçinsan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, heç bir iddiahücum onun dəmir iradəsini sarsıda və Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz. Prezidentin mövqeyi bir daha göstərdi ki, Azərbaycanın müstəqil şəkildə yürütdüyü xarici siyasət xətti çox doğru bir xətdir. Mən də hesab edirəm ki, bu, bizi qələbəyə aparan bir xətdir.     

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 1 iyul.- S.7.