Prezident İlham Əliyevin AŞ PA-dakı nitqi müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında tarixi əhəmiyyətli çıxışı, antiazərbaycançı qüvvələrə xidmət edənlərin təxribatçı suallarına verdiyi tutarlı cavabları müzakirə mövzusu olaraq qalır. İctimaiyyət nümayəndələri, siyasətçilər və xüsusən də gənclər bununla bağlı açıqlamalar verərək Azərbaycanı layiqincə dünyaya təqdim edən dövlət başçısının çıxışından qürur duyduqlarını bəyan edirlər. Gənclər hər zaman Prezident İlham Əliyevə güvəndiklərini, daim dövlət başçısının yanında olduqlarını bildirirlər.

 

 

Hacıbəy HEYDƏRLI,

Gənc fəal, Azxeber.com informasiya portalının baş redaktoru:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında tarixi çıxışı bir daha onu göstərdi ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmadığı kimi, heç kimbizim daxili işlərimizə qarışa bilməz. Prezidentin sessiya zamanı səsləndirdiyi fikirlər ölkəmizi ləkələmək istəyən qüvvələrə ciddi mesaj oldu.

Son sessiya zamanı Avropa qarşısında böyük Azərbaycanı gördü. Təəssüf ki, postsovet məkanına daxil olan bəzi dövlətlər müstəqil siyasət yürüdə bilmir və ayrı-ayrı güclərin ruporuna çevrilirlər. Belə bir şərait həmin gücləri və onlara bağlı qüvvələri regionu tam nəzarətə almağaöz poliqonuna çevirməyə imkan yaradır. Azərbaycana qarşı təzyiqlər də bu əsnada təsadüfi sayıla bilməz. Lakin həmin qüvvələr unudur ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq tam müstəqil siyasət yürüdürbu dövləti hansısa yollarla təxribata çəkmək mümkün deyil. Bu mənada Azərbaycan Prezidentinin AŞ PA-nın sessiyası zamanı çıxışı həmin qüvvələrə layiqli mesaj idi və əminliklə deyə bilərəm ki, ölkəmizi öz poliqonu görmək istəyən qüvvələr bundan sonra öz çirkin niyyətlərindən əl çəkəcəklər.

Azərbaycan Prezidenti sessiyadakı çıxışı ilə işğalçı Ermənistan dövlətinin əməllərini bir daha ortaya qoydu. Prezident çıxışında ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini vurğuladı, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etməsini, lakin onların hələ də icra olunmamasına diqqəti çəkdi. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün regionu təhdid altında saxladığını dedi. Qeyd edildi ki, bu gün Azərbaycan regionun lider dövlətidir və Azərbaycanın razılığı olmadan regionda heç bir layihə baş tuta bilməz.

Prezident İlham Əliyev öz cavabları ilə bir daha nümayiş etdirdi ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə yaxmaq cəhdləri baş tutmayacaqsubyektiv mülahizələrin müəllifləri reallıq hissini itirmiş, hər şeyi qara görməyə öyrəşmiş şəxslərdir.

Cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu hücumların səbəbləri heçinsan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, heç bir iddiahücum onun iradəsini sarsıda və Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz. Cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin əsasında xalqının böyük etimadı və birmənalı dəstəyi, Azərbaycanın milli maraqlarına xidmət amalı durur.

Düşünürəm ki, Prezidentin bu çıxışı hər bir Azərbaycan vətəndaşına və Azərbaycan gəncinə örnək olmalıdır. Çünki Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hisslərinin olmasıdır. Hər bir gəncin borcu xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc öz üzərində azərbaycançılıq, dövlətçilik ideyası hiss etməlidir. Əgər belə olsa Azərbaycanı sevməyən qüvvələrin, xarici güclərin arzuları hər zaman olduğu kimi, yenə də gözlərində qalacaq.

 

Elmar MƏMMƏDOV,

YAP Gənclər Birliyi ofisinin layihələr üzrə koordinatoru:

- Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasiiqtisadi islahatlar, güclü iqtisadiyyatı, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurları, ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxilixarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışdı, AŞ PA deputatlarının suallarını cavablandırdı.

Prezident İlham Əliyevin AŞ PA-dakı nitqisuallara verdiyi cavablar müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir. Cənab Prezident nitqi və cavabları ilə özünün yüksək intellektual səviyyəsini, planetar təfəkkürə malik olduğunu, dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılığını, sistemli təhlil apardığını, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyətli və müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin davranışı bir çox dövlət adamlarına nümunə idi. Suallara verdiyi cavablar Prezident İlham Əliyevin dünyada gedən prosesləri mükəmməl şəkildə bildiyini göstərdi. Prezident İlham Əliyev Azərbaycana atılan böhtanlara tutarlı və möhkəm məntiqlə cavab verdi. Hesab edirəm ki, bu çıxış diplomatlar, siyasətçilər tərəfindən geniş öyrənilməli, gənclərimizə  təbliğ olunmalıdır.

Azərbaycan qüdrətli bir dövlətdir. O cümlədən də, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət dünyəvi siyasətdir. Müəyyən suallardakı qıcıqlandırıcı məqamlar, əlbəttə ki, ölkəmizə qarşı həyata keçirilən sapı özümüzdən olan baltaların verdiyi yanlış informasiyalar əsasında özünü büruzə verən müəyyən qısqanclıqlardır ki, biz bunu açıq şəkildə gördük. Nə yaxşı ki, Prezident İlham Əliyev AŞ PA-da çıxışı etdi. Bütün dünya, sözün əsl mənasında, Azərbaycanın haqq səsini eşitdi. Prezident İlham Əliyev AŞ PA-da konkret faktlarla bütün sualların cavabını verdi, Azərbaycana qarşı yönələn və heç bir əsası olmayan iddiaların puçluğunu bir daha ortaya qoydu.

Sessiya zamanı bir qrup gəncin əsassız etirazı da diqqət çəkdi və bu zaman sessiyada erməni diplomatlarının olduğunu belə nəzərə almayan ünsürlər, xəyanətkar olduqlarını bir daha sübut etmiş oldular. Etiraz aksiyası edən ünsürlər bir dəfə də olsun Avropada keçirilən hər hansı bir konfranslarda, görüşlərdə olanda Dağlıq Qarabağ problemindən danışmayıblar, Ermənistan prezidenti olan görüşlərə getməyiblər. Bəs, nədən, erməni prezidenti, diplomatları çıxış edən zaman Xocalıda Azərbaycan qadınlarıının başlarına gətirilən oyunları, zorakılığa məruz qalan körpələrin şəkillərini üstlərində gəzdirmirlər, aksiyalar keçirmirlər. Təbii ki, keçirə bilməzlər, çünki bu onların qanında yoxdur, onların yeganə istəyi hakimiyyət davası, xarici qüvvələrin sifarişini yerinə yetirməkdir və bunu hamı yaxşı bilir. Dövlətimizə qarşı qərəzli mövqedən yanaşan o təşkilat yoxdur ki, onlarla işləməsinlər, qrantlar almasınlar.

Amma buna baxmayaraq, hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyev ideologiyasına və Prezident İlham Əliyevin apardığı ugurlu siyasətə sadiq olmalıdır.

 

Hakim ƏLƏSGƏROV,

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin baş katibi:

- Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxilixarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcək. Cənab Prezident qlobal düşüncə tərzi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bəzilərinə dərs keçdibir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır.

Cənab Prezidentin AŞ PA-nın sessiya iclasında çıxışı ölkəmizdə həyata keçirilən bu siyasətin hüquqa, ədalətə, xalqın dəstəyinə söykənmiş olduğunu təsdiq etdi. AŞ PA kimi nüfuzlu qurumun sessiyasında Prezidentin məzmunlu çıxışı Qərb siyasətçilərinin də marağına səbəb oldu.  Cənab Prezidentin çıxışları, fikirləri, cavabları birmənalı, konkret idi və mübahisə doğurmurdu. Hiss olunurdu ki, suallara verilən cavablar hətta Azərbaycana qarşı tənqidi mövqedə dayanan insanları da qane edirdi. Dövlət başçısının siyasi təcrübəsi, manevrləri imkan verdi ki, o, Avropanın mərkəzində Qərbin ikili standart siyasətini tənqid etsin. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarlarının icra olunmamasını vurğulayan Prezident diqqəti Azərbaycanın bir nömrəli probleminə yönəltmiş oldu.

Bu kimi nüansları nəzərə alaraq nəticə çıxarmaq olar ki, Azərbaycan gəncliyi haqlı olaraq öz Prezidenti ilə öyünürqürur duyur. Cənab Prezidentin Avropa Şurası Parlament Assambleyasının sessiyasında mübarizbütün auditoriyaya ünvanlanmış çıxışı isə bizlərdə ona olan inamı, güvəni,  qətiyyətləşdirməklə, ölkənin birinci şəxsinin xalqına güvənərək addım atdığını bir daha nümayiş etdirdi.

 

Tofiq ABDULLAYEV,

Dövlət İdarəçilik Akademiyası

YAP Gənclər Birliyinin sədri:     

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin AŞ PA-nın sessiyasındakı dövlətin, xalqın maraqlarının qətiyyətlə müdafiəsinə əsaslanan cəsarətli çıxışı, provokativ yönümlü suallara kəsərli cavabı Azərbaycan gənci kimi məni qürurlandırdı. Bir daha əminlik formalaşdırdı ki, Azərbaycan dövlətinin istənilən situasiyadan lazımınca çıxmağı bacaran, hətta həmin situasiya əleyhimizə olsa belə bunu yerində manevrləri ilə xeyrimizə çevirə bilən güclü və qətiyyətli lideri var. AŞ PA-nın sessiyasında başda erməni lobbisinin maliyyə qaynaqları ilə silahlanmış qüvvələrin hazırladığı dövlətimizə yönəlik növbəti böhtanlarla dolu ssenari cənab Prezidentin konkret faktlara söykənən cavabları qarşısında fiaskoya uğradı.

Belə nüfuzlu beynəlxalq arenada müstəqil, demokratikdünyada öz sözünü deməyi bacaran Azərbaycan dövlətinin uğurlarını gözü götürməyən daxilixarici düşmənlərin “birliyi” belə cənab İlham Əliyev zəkası qarşısında aciz qaldı. Bütün dünya bir daha agah oldu ki, Azərbaycan dövləti qüdrətlidir və onunla yuxarıdan aşağı danışmaq zamanı çoxdan keçmişdir. Azərbaycanın yüksək biliyə, intellektə, praqmatikçevik düşüncəyə sahib lideri cənab İlham Əliyev nəinki ölkə maraqlarını layiqincə müdafiə edə bilir, hətta milli maraqlarımıza toxunacaq istənilən qüvvəyə sarsıdıcı zərbə endirməyə qadirdir. Xalqın inamına, dəstəyinə söykənən lider məğlub ola bilməz. Cənab İlham Əliyev də məhz bu liderlərdəndir. Arxasında xalqının gücünü daima hiss edən Prezident dövlətimizin nüfuz və qüdrətini artırmağa istiqamətlənən mühüm addımlar atmışdır və atmaqdadır. AŞ PA kimi mötəbər kürsüdən Azərbaycan dövlətinin hansı gücə sahib olduğunu sübut edən cənab Prezident ulu öndər Heydər Əliyev ideyalarına əsaslanan siyasətin hər zaman qələbə qazanacağını bütün dünyaya göstərdi.

Gənc olaraq ölkəmizin parlaq gələcəyinə inamım daha da möhkəmləndi  və əminəm ki, Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə bundan sonrakı illərdə də böyük uğurlar qazanacaq. Azərbaycan xalqının, Azərbaycan gəncliyinin bir lideri var - cənab İlham Əliyev!

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 1 iyul.- S.7.