“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl
medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini
rəhbər tutaraq qərara alır:
Maddə
1. “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251;
2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10,
maddə 846; 2007, ¹ 3, maddə
213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə
312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə
174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664,
¹ 11, maddələr 1036, 1048, 1061; 2013,
¹ 5,
maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə 1477)
2-ci
maddəsində “Azərbaycan Respublikası Mülki
Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan
Respublikasının yubiley medalı” hissəsindən sonra
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
yeni hissə əlavə edilsin:
“Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına Qızıl
medalı.”.
Maddə
2. “Azərbaycan Respublikasının Nizami Gəncəvi
adına Qızıl medalı” haqqında Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
Maddə
3. “Azərbaycan Respublikasının Nizami Gəncəvi
adına Qızıl medalı”nın təsviri” təsdiq
edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 16 may 2014-cü il
Azərbaycan.-2014.- 2 iyul.- S.2.