“Azərbaycan Respublikasının Nizami

 Gəncəvi adına Qızıl medalı” haqqında ƏSASNAMƏ

 

                                                                            Azərbaycan Respublikasının 2014-cü il

                                                                            16 may tarixli Qanunu ilə təsdiq

                                                                            edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalıilə Azərbaycan Respublikasının vətəndaşları əcnəbilər ildə bir dəfə mühüm fundamental tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

1.2. Bu Əsasnamənin 1.1-ci maddəsində göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görəAzərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalıilə təltif edilə bilməzlər.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalıilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalıdöşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda onlardan sonra taxılır.

 

Azərbaycan.-2014.- 2 iyul.- S.2.