“Azərbaycan Respublikasının Nizami
Gəncəvi
adına Qızıl medalı”nın TƏSVİRİ
Azərbaycan Respublikasının 2014-cü il
16 may tarixli Qanunu
ilə təsdiq
edilmişdir
Maddə 1. Medalın
ümumi təsviri
“Azərbaycan Respublikasının
Nizami Gəncəvi adına Qızıl
medalı” (bundan sonra – medal) diametri 30 mm olan, bürüncdən tökülmüş və
qızıl suyuna çəkilmiş dairəvi
lövhədən ibarətdir.
Maddə 2. Medalın
ön tərəfi
Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə
yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASI”, aşağı qövs boyunca
“NİZAMİ GƏNCƏVİ” sözləri
yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla
haşiyələnmiş, üçüncü
dairənin mərkəzində
Nizami Gəncəvinin
təsviri həkk olunmuşdur. Medalın ön
tərəfindəki yazılar
və təsvirlər
qabarıqdır.
Maddə 3. Medalın
arxa tərəfi
Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin
üzərində hər
bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun
orta hissəsində
“NİZAMİ GƏNCƏVİ” sözləri,
ondan aşağıda
“1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa
tərəfindəki yazılar
və təsvirlər
qabarıqdır.
Maddə 4. Medalın
elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün
elementi olan, 20 mm x 15
mm ölçüdə düzbucaqlı metal lövhəyə
halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikasının
Dövlət bayrağının
rənglərinə uyğun
mavi, qırmızı
və yaşıl rəngli bərabər ölçüdə şaquli
zolaqlara bölünmüş
xara lentdən üz çəkilir.
Lövhənin ön tərəfindəki
qırmızı zolağın
ortasında qızılı
rəngli aypara və səkkizguşəli
ulduz təsviri həkk edilir. Lövhənin yuxarı və
aşağı hissələrinə
eni 1 mm olan üçbucaqvari çıxıntıları
olan qızılı təbəqə bərkidilir.
4.2. Medala paltara bərkidilmək üçün
medalın elementi olan eyni xara
lentdən üz çəkilmiş 20 mm x 9 mm ölçülü
qəlib əlavə olunur.
Azərbaycan.-2014.-
2 iyul.- S.2.