Ekologiya və təbii sərvətlər naziri

 Qusar şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq iyulun 1-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən və Xızı rayonlarından olan 50–dən artıq vətəndaşı qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin idarə və departament, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olmuşdur.

H.Bağırov qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləmiş, onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2014.- 2 iyul.- S.5.