Memar Zaha Hadid: Heydər Əliyev Mərkəzinin layihəsinin
reallaşmasına görə Azərbaycan Prezidentinə
minnətdaram
İyunun
30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin
mükafatlandırılma mərasimi keçirilmişdir.
Bakının müasir simvollarından olan Heydər Əliyev
Mərkəzi arxitektura sahəsində qalib elan olunmuşdur.
AzərTAc
xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Heydər
Əliyev Mərkəzinin layihəsinin müəllifi,
dünya şöhrətli memar Zaha Hadid mərasimdə
çıxış edərək bu memarlıq nümunəsinin
layihəsinin reallaşmasında göstərdiyi dəstəyə
görə Azərbaycan Prezidenti İlham Əliyevə və
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü
bildirmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya
mükafatlandırılma mərasimində iştirakına
görə minnətdarlığını çatdıran
Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin həm
layihəsi, həm də fəaliyyəti ilə fərqləndiyini
xüsusi vurğulamışdır.
London
Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri
müəyyən etmişdir. Müxtəlif sahələr
üzrə mütəxəssislərdən ibarət
münsiflər heyətinin qərarına əsasən,
arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin
binası seçilmişdir. Dizayn Muzeyi tərəfindən
yeddinci dəfədir ki, təsis olunan illik mükafat bu il bəzi
ilklərə də imza atmışdır Belə ki, Dizayn
Muzeyi artixektura sahəsində ilk dəfə nominasiya elan etmiş
və bu mükafata ilk dəfədir ki qadın namizəd sahib
olmuşdur.
Xatırladaq
ki, Heydər Əliyev Mərkəzinin binasının
inşasına 2007-ci ildə başlanılmışdır.
2012-ci il mayın 10-da istifadəyə verilən Heydər
Əliyev Mərkəzinin binası dünya
memarlığının incilərindən sayılır.
Binanın layihəsinin müəllifi dünya şöhrətli
memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir.
O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektura
müəllifi kimi tanınır.
Azərbaycan.-2014.- 2 iyul.- S.9.