Azərbaycanın və Bolqarıstanın
Baş prokurorluqları
arasında əməkdaşlıq
proqramı imzalanmışdır
İyulun
1-də “Azərbaycan Respublikasının Baş Prokurorluğu
və Bolqarıstan Respublikasının Baş Prokurorluğu
arasında əməkdaşlıq proqramı”
imzalanmışdır.
AzərTAc
xəbər verir ki, sənədi Azərbaycan Respublikası
baş prokurorunun birinci müavini Rüstəm Usubov və
Bolqarıstan Respublikası baş prokurorunun müavini Yevgeni
Dikov imzalamışlar.
Sənəddə
iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi, təcrübə
və işçi mübadiləsinin aparılması nəzərdə
tutulur.
Azərbaycan.-2014.- 2 iyul.- S.8.