Beynəlxalq Bakı konfransı korrupsiyaya qarşı birgə
mübarizə işinə daha
sanballı töhfə verəcəkdir
Azərbaycan
Respublikasının baş prokuroru Zakir Qaralov iyulun 1-də
“Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və
milli təcrübələr” mövzusunda Bakıda
keçirilən yüksək səviyyəli beynəlxalq
konfrans çərçivəsində Beynəlxalq
Antikorrupsiya Akademiyasının (IACA) dekanı və
icraçı katibi Martin Kreutner və IACA-nın xarici əlaqələr
və protokol şöbəsinin müdiri Ernest Şmidt ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Azərbaycan ilə
IACA arasındakı əlaqələrin yüksək səviyyədə
olduğu bildirilmiş, qarşılıqlı münasibətlərin
bundan sonra da möhkəmləndirilməsi üçün səylərin
artırılacağı diqqətə
çatdırılmışdır.
Korrupsiyaya
qarşı mübarizə mövzusunda beynəlxalq Bakı
konfransının əlaqələrin genişləndirilməsinə,
korrupsiyaya qarşı birgə mübarizə işinin daha səmərəli
təşkilinə töhfə verəcəyinə əminlik
ifadə olunmuşdur.
Azərbaycan.-2014.- 2 iyul.- S.8.