Zaqatala turistləri heyran edir
Zaqatala turizmin müxtəlif növlərinin
inkişafı üçün
geniş potensiala malikdir. Rayonda inşa edilmiş beynəlxalq hava limanı turistlərin rahat gəlib-getməsini daha
da asanlaşdırır.
Zaqatala qədim
şəhər olduğuna
görə burada müxtəlif dövrlərə
aid çoxlu sayda tarixi və memarlıq abidələri
var. Rayon ərazisindəki onlarla
alban məbədi eramızın IV-V əsrlərinə
aiddir. Zaqatalada 108 tarixi abidə
qeydə alınıb.
Bunlardan
Alban kilsəsi (VII əsr),
Cingözqala (XIV əsr),
Pəri qalası (V əsr), eləcə də Mosul kəndindəki
Minarəni, rayon mərkəzindəki
Zaqatala qalaları, Katex kəndindəki şəlalə turistlərin
diqqətini xüsusilə
cəlb edir.
Son dövrlərdə Zaqatalada inşa edilmiş yeni hotellər turizmin təşviqinə böyük
təsir göstərir. Hazırda rayonda
qeydiyyatda olan 10 turizm obyektindən 6-sı
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyindən lisenziya alıb. Hotellər yerli və əcnəbi
turistlərə müasir
standartlara uyğun xidmət göstərir.
Ekoturizm üçün ideal şəraitə
malik Zaqatala Dövlət Təbiət
Qoruğu 1929-cu ildə
yaradılıb. Cənubi Qafqazda yerli
flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardandır.
Dəniz
səviyyəsindən 600-3600 metr hündürlükdə
yerləşir. Zaqatala Dövlət
Təbiət Qoruğu
digər təsnifatlar
kimi ərazinin florasının da zəngin olmasında müstəsna əhəmiyyət
kəsb edir. Bu ərazidə 1000-ə yaxın bitki növü yayılıb.
Bu da Azərbaycan
florasının 1/4 hissəsini
təşkil edir.
Qoruqdakı bitki növlərindən 12-si Azərbaycanın
“Qırmızı Kitab”ına nadir bitki kimi daxildir. Burada xalq təsərrüfatı
üçün əhəmiyyətli
olan efir yağlı güllər
(qızılgül), özünəməxsus
efir tərkibli çay bitkisi, vitaminlə, boyaq, aşı maddələri
ilə zəngin ağaclar və ot növləri bitir. Qoruq ərazisində
müxtəlif qala və şəlalələr
var. Turist cığırları
boyunca piyada, yaxud at belində səyahətə çıxanda
qoruqda yaşayan heyvanların və quşların “həyat tərzi”ni müşahidə
etmək, foto-video çəkilişlər aparmaq
olar. Bu marşrutlarda
turistlərin dincəlməsi
və çadırlarda
gecələməsi üçün
münasib yerlər, həmçinin şərait
yaradılıb.
Zaqatalada Turizm İnformasiya Mərkəzi fəaliyyət
göstərir. Bu mərkəzə
müraciət edən
turistlərə Zaqatalanın
tarixi, görməli yerləri haqqında geniş məlumat verilir və onlara bukletlər təqdim olunur.
Rayonda turizm sahəsində sahibkarlığın
inkişafına diqqət
artırılıb. Avropa Şurası ilə Mədəniyyət və
Turizm Nazirliyinin birgə layihəsi olan “Tarixi şəhərlərdə
mədəni irsin bərpası” istiqamətində
RİH rəhbərliyinin təşəbbüsü
ilə Zaqatala şəhərinin “Meydan”
adlanan ərazisində
və tarixi küçələrdə tikinti,
yenidənqurma, abadlıq
işləri görülüb.
Turizm obyektlərinin fəaliyyətində
beynəlxalq təcrübədən
istifadə etmək məqsədilə işçilərlə
seminarlar keçirilib,
bələdçi qrupları
təşkil edilib.
Mədəniyyət və
Turizm şöbələrinin,
o cümlədən Turizm
İnformasiya mərkəzlərinin
rəhbərləri üçün
Bakı şəhərində
“Regionlarda turizm məhsullarının hazırlanması
perspektivləri” mövzusunda
keçirilən təlimlərdə
rayonumuzun təmsilçilərinin
iştirakı da səmərəli olub.
Zaqatalada yaradılmış 4 turist
marşrutu yerli və əcnəbi qonaqlara fəal xidmət göstərir. Bu marşrutlar vasitəsi ilə turistlər rayonun tarixi və istirahət yerləri haqqında geniş məlumat ala, həmin obyektlərin xidmətlərindən istifadə
edə bilirlər.
Həyata keçirilən bir çox tədbirlərlə
yanaşı Azərbaycan
Turizm İnstitutu Almaniya Əməkdaşlıq
Cəmiyyəti ilə
birgə rayonda aşpazlar, mehmanxana işçiləri üçün
treninqlər və müxtəlif maarifləndirici
seminarlar təşkil
edib. İştirakçılara sertifikatlar və
müxtəlif əyani
vasitələr verilib.
Zaqatalada atçılıq turizminin
inkişaf etdirilməsi
məqsədilə Əliabad
qəsəbəsində torpaq
sahəsi ayrılıb. Azərbaycanın
UNESCO-nun təcili qorunmaya
möhtac qeyri-maddi mədəni irs
siyahısına salınmış
çövkən oyunlarında
Zaqatala komandası da iştirak edir. Tarix-mədəniyyət qoruğu ərazisində
turistlərin atla gəzintisi təşkil olunur.
Dünya Bankının Regional İnkişaf
Proqramı layihəsi
çərçivəsində Zaqatala Regional və Turizmin İnkişaf Proqramı işlənib hazırlanaraq Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edilib.
Bu il “Folklor
turizmi - inkişaf və perspektivlər” mövzusunda Folklor İnstitutu ilə birgə “dəyirmi masa” keçirilməsi nəzərdə tutulub.
Gözəlliklər məskəni olan Zaqatalanın turizm imkanlarının təbliği
istiqamətində işlərimizi
daha yüksək səviyyədə qurmağa
çalışır, inanırıq
ki, bu tarixi
və füsunkar yerləri görməyə
can atanların sayı
ildən-ilə daha da artacaq.
Zümrüd AĞAKİŞİYEVA,
Zaqatala Rayon
Mədəniyyət və Turizm
şöbəsinin
müdiri
Azərbaycan.-2014.- 2 iyul.- S.10.