“Su təchizatı və
tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹1, maddə 2; 2007, ¹5, maddə 436; 2008,
¹5, maddə 348; 2009, ¹10, maddə 768; 2010, ¹5, maddə 374; 2011,
¹4, maddə 263; 2012, ¹6, maddə 505) aşağıdakı dəyişikliklər
edilsin:
1.
1-ci maddənin on ikinci abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda on
üçüncü abzas əlavə edilsin:
“su təsərrüfatı
pasportu - əhali qrupuna aid olan istehlakçılar istisna
olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət,
istismar və texniki xüsusiyyətlərindən asılı
olaraq istifadə etdikləri (edəcəkləri) suyun,
kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq)
tullantı sularının normativ həcmini və tərkibindəki
çirkləndirici maddələrin yol verilən
qatılıq həddini müəyyənləşdirən
texniki sənəddir.”.
2.
2-ci maddədə “əhalinin, müəssisə, idarə və
təşkilatların” sözləri
“istehlakçıların” sözü ilə əvəz
edilsin.
3.
12-ci maddənin “a” yarımbəndində “lazımi miqdarda”
sözləri çıxarılsın, “məqsədlər
üçün” sözlərindən sonra “müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən miqdarda” sözləri əlavə edilsin.
4.
20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu
qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq
müəyyən edilən” sözləri ilə əvəz
edilsin.
5.
23-cü maddə üzrə:
5.1.
2-ci hissənin “a” yarımbəndinə “məlumatların”
sözündən sonra “, habelə su təsərrüfatı
pasportunun” sözləri əlavə edilsin;
5.2.
5-ci hissəyə “verilməsi” sözündən sonra “, habelə
su təsərrüfatı pasportunun nümunəsi, tərtibi
və razılaşdırılması” sözləri əlavə
edilsin.
6.
24-cü maddənin 1-ci hissəsinin “c” yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda “d” yarımbəndi əlavə
edilsin:
“d)
su təsərrüfatı pasportunun tərtib edilməsini.”.
7.
37-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinə
“müraciət etməli” sözlərindən sonra “, habelə
su təsərrüfatı pasportunu tərtib və təqdim
etməli” sözləri əlavə edilsin.
8.
38-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinin birinci
cümləsinə “(layihəsini)” sözündən sonra “və
su təsərrüfatı pasportunu” sözləri,
üçüncü cümləsində “təsdiqlənmiş
plana” sözlərindən sonra “və
razılaşdırılmış su təsərrüfatı
pasportuna” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 may 2014-cü il
Azərbaycan.-2014.- 3 iyul.- S.1.