“Səyahət sənədi
blanklarının ciddi hesabat
sənədi kimi uçotu
Qaydası”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 202
Bakı şəhəri, 25 iyun 2014-cü il
“Səyahət sənədi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 3 iyul.- S.1.