Azərbaycanın gənclər və idman naziri
vyetnamlı
həmkarı ilə görüşmüşdür
İyulun
2-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
ölkəmizdə səfərdə olan Vyetnam Sosialist
Respublikasının mədəniyyət, idman və turizm
naziri Hoanq Tuan Ahn ilə görüşmüşdür.
Nazirlikdən
AzərTAc-a bildirmişlər ki, A.Rəhimov 2015-ci ildə Azərbaycanda
keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq
işləri barədə məlumat vermiş, yeni idman
qurğularının tikildiyini, mövcud infrastrukturun bərpa
edildiyini diqqətə çatdırmışdır.
Qonağa, həmçinin Gənclər və İdman
Nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, dövlət
tərəfindən bu sahədə qəbul olunmuş qanunlar
barədə ətraflı məlumat vermişdir.
Ölkəmizdə
olmaqdan məmnunluğunu bildirən vyetnamlı nazir 2015-ci ildə
Bakıda ilk Avropa Oyunlarının uğurla keçiriləcəyinə
əminliyini bildirmiş, Vyetnamın idman sahəsində Azərbaycan
ilə əməkdaşlığa maraqlı olduğunu
demişdir.
Azərbaycan.-2014.- 3 iyul.- S.4.