Qədim və müasir Şamaxı

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ilk illərində tikinti-quruculuq işləri əsasən rayon mərkəzlərini əhatə edirdi. Ancaq zaman keçdikcə bu işlərin miqyası genişləndi, hətta ən ucqar kəndlərimiz belə dövlətin yüksək qayğısı sayəsində inkişaf etməyə başladı. Yeni infrastrukturun yaradılması, yerlərinin açılması, yolların abadlaşdırılması həm də kəndlərdə insanların rifahını da yaxşılaşdırdı.

 Regional dövlət proqramlarının icrası nəticəsində Şamaxı rayonunda da xeyli tikinti-quruculuq, abadlıq işləri görülüb. Fərəhli haldır ki, rayonun kəndləri də həyata keçirilən tədbirlərdən, aparılan yenidənqurma işlərindən kənarda qalmır. Bir sözlə, Şamaxının abadlaşdırılması, yenidən qurulması, sosial problemlərinin həlli uğurla davam etdirilir.

Bu yaxınlarda beşulduzlu “Şamaxı Palase Platiniumhotelinin açılışında ölkə Prezidenti İlham Əliyev son dövrlər rayonda həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı razılığını bildirmiş, Şamaxının müasir görkəm aldığını xüsusi vurğulamışdır.

Bir faktı da xatırladaq ki, 2003-cü ildən indiyədək Şamaxıda 10180 yeni yeri açılıb. Bu yerlərinin 7509-u daimidir. Əlbəttə, insanların məşğulluq məsələlərinin həlli, dolanışığı sosial rahatlığı şərtləndirən başlıca amildir. Bu da, öz növbəsində, işgüzarlıq mühitinin formalaşmasına, dövlət-vətəndaş etimadının daha da möhkəmlənməsinə müsbət təsir edir.

Şamaxılıların böyük razılığına səbəb olan tədbirlərdən birirayon mərkəzində yerləşən və uzun illərdən bəri baxımsız hala düşmüş azərbaycanlıların soyqırımı abidəsinin əsaslı təmir edilərək yenidən qurulmasıdır. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri yenilənib, fasad hissələri aqlay daşla üzlənib, pəncərələri dəyişdirilib, həyət qapıları ümumi çalarlara uyğun rənglənib. Bütün hasarlar dekorativ materiallarla üzlənib, piyadalar üçün səkilər salınıb, asfalt-beton örtük vurulub və işıqlandırma sistemi quraşdırılıb. Abidənin ətrafında 800 kvadratmetr yeni yaşıllıq zolağı salınıb.

Dövlət müstəqilliyi və torpaqlarımızın azad edilməsi uğrunda həlak olmuş şamaxılıların uyuduğu Şəhidlər xiyabanının da əsaslı təmirinə və yenidən qurulmasına başlanılıb. Ərazinin sürüşmə zonasında olduğu nəzərə alınaraq qabaqlayıcı və bərkitmə tədbirləri görülüb. Xiyabanın ərazisi 3 hektara çatdırılaraq böyük parka çevrilibburada 800-ə qədər yeni ağac əkilib. Hazırda yenidənqurma işləri davam edir. Onu da qeyd edək ki, şəhidlərin xatirəsinə belə bir möhtəşəm xiyabanın salınması gənclərin hərbi-vətənpərvərlik ruhunun artırılması baxımından da böyük əhəmiyyətə malikdir. Əminliklə demək olar ki, Şamaxının müqəddəs ziyarətgahlarından biri də Şəhidlər xiyabanıdır.

Görülən işlər sırasında 2012-ci ildə rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq  sürüşməsi nəticəsində qəzalı hala düşmüş evlərin sakinləri üçün FHN xətti ilə 63 yeni ev tikilərək istifadəyə verilib. Digər qəzalı ev sahibləri üçünyeni evlərin inşası nəzərdə tutulub.

Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün tikilən yeni binada son tamamlama işləri görülür. Yaxın vaxtlarda daha bir neçə uşaq bağçasının inşasına başlanılmalıdır. Bunlardan əlavə, 380 şagirdlik Mədrəsə qəsəbə tam orta məktəbi üçünyeni bina tikilir. Talışnuru, Hacıqədirli, Şərədil kəndlərində müasir tələblərə uyğun yeni məktəb binalarının inşası ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb.

Şamaxıda yol infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılır. Hazırda 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun yenidən qurulması işləri davam edir. Yeri gəlmişkən qeyd edək ki, Şamaxı şəhərinin küçələrinə il başlayandan 10 min kvadratmetrə yaxın asfalt örtük vurulub. Yaşıllaşdırma işləri isə mövsümə uyğun sistemli şəkildə həyata keçirilir.

Rayon əhalisinin içməli su, təbii qazelektrik enerjisi təminatı ilə bağlı layihələr uğurla həyata keçirilir. İndiyədək rayonun 34 yaşayış məntəqəsində 16 min 260 abonent təbii qazla təmin olunub. Bu da Şamaxının 20 min 67 təsərrüfatının 81 faizini təşkil edir. Şəhərin müxtəlif küçələrində 100 kilometrə yaxın yeni kanalizasiyasu xətləri çəkilib.

Elektrik enerjisi təminatı baxımından Şamaxı sakinləri uzun illərdir ki, müəyyən çətinlik çəkirlər. RİH-dən aldığımız məlumata görə, bu məsələ regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına salınıb.

Şamaxının özəlliklərindən biri də gözəl turizm bölgəsi olmasıdır. Gələn turistlərin sayı ilbəil artır. İstər dövlət başçısının bu yaxınlarda açılışını etdiyi beşulduzlu hotel, istər yeni “Fəxriguşə” İstirahət Mərkəzi, Pirqulu zonasında tikintisi davam edən müasir turizm obyektləri, istərsə də mövcud istirahət mərkəzləri deməyə əsas verir ki, Şamaxının gələcəkdə “qonaq-qarası” daha çox olacaq. Əslində isə ən maraqlı turizm obyekti elə qədim və müasir Şamaxının özüdür.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 3 iyul.- S.6.