“Azərbaycan Respublikası hökuməti
və Gürcüstan hökuməti
arasında gömrük işi
sahəsində qarşılıqlı inzibati
yardım haqqında” Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan
Respublikası hökuməti və Gürcüstan hökuməti
arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım haqqında” 2014-cü
il martın 17-də Tbilisi şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 may 2014-cü il
Azərbaycan.-2014.- 4 iyul.- S.1.