Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu
avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncami
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Beş min nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Göygöl Rayon İcra Hakimiyyətinə
4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyul
2014-cü il
Azərbaycan.-2014.- 5 iyul.- S.1.