Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”da
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərar
¹ 193
Bakı şəhəri,
12 iyun 2014-cü il
“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2013-cü il 27 dekabr tarixli
880-IVQD nömrəli Qanununun
tətbiqi və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin
2014-cü il 3 fevral
tarixli 101 nömrəli
Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə
148, ¹ 7, maddə 455, ¹ 10, maddə
635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə
534, ¹ 8, maddə 782,
¹ 10, maddə 977, ¹ 11, maddə
1061, ¹ 12, maddələr 1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə
731, ¹ 9, maddə 830, ¹ 10, maddə
902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə
316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr
846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə
971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495,
¹ 7, maddə 777, ¹ 11, maddə
1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə
578; 2014, ¹ 1, maddə 74; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2014-cü il 5 may tarixli
123 nömrəli və
23 may tarixli 165 nömrəli
qərarları) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”da
aşağıdakı dəyişikliklər
edilsin:
1. 48-ci hissə aşağıdakı
redaksiyada verilsin:
“48. Daşınmaz
əmlak obyektlərinə
sərəncam verilməsi
haqqında müqavilələr
təsdiq olunarkən,
notarius daşınmaz
əmlaka sərəncam
verənin və ya onun nümayəndəsinin
(vəkil edilmiş şəxsin) ərizəsi
və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış
əsasında daşınmaz
əmlakın təsviri,
bu əmlak üzərində dövlət
reyestrində qeydiyyata
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışı “Elektron
notariat” informasiya sistemi vasitəsilə real
vaxt rejimində əldə edir.
Daşınmaz əmlak üzərində
hüquqları təsdiq
edən aktlar, şəhadətnamələr və
qeydiyyat vəsiqələri
əsasında daşınmaz
əmlakın təsviri,
bu əmlak üzərində dövlət
reyestrində qeydiyyata
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayış mülkiyyətçi
və ya onun nümayəndəsi tərəfindən təqdim
edilir.
Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi
və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Dövlət
Yol Polisi İdarəsi tərəfindən
müayinədən keçməsi
barədə arayış
təqdim olunduqdan sonra təsdiq edilir.
Daşınmaz əmlak üzərində
hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi
haqqında müqavilə
yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair
kreditorun və əldə edənin razılığı olduqda
təsdiq edilir.”.
2. 107-ci hissə aşağıdakı
redaksiyada verilsin:
“107. Miras əmlakın
tərkibində daşınmaz
əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir.
Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət
əsasında vərəsəlik
hüququ olan şəxslərin ərizəsi
və dövlət reyestrindən çıxarış
əsasında daşınmaz
əmlakın təsviri,
bu əmlak üzərində dövlət
reyestrində qeydiyyata
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışı “Elektron
notariat” informasiya sistemi vasitəsilə real
vaxt rejimində əldə edir.
Daşınmaz əmlak üzərində
hüquqları təsdiq
edən aktlar, şəhadətnamələr və
qeydiyyat vəsiqələri
əsasında daşınmaz
əmlakın təsviri,
bu əmlak üzərində dövlət
reyestrində qeydiyyata
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayış vərəsə
və ya onun nümayəndəsi tərəfindən təqdim
edilir.
Kredit alınması
ilə əlaqədar
daşınmaz əmlak
üzərində hüquqlar
məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın
təsviri bu əmlak üzərində
dövlət reyestrində
qeydiyyata alınmış
hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın
vərəsələrinə vərəsəlik şəhadətnaməsi
verilmişdir.
Əmlak
üzərində məhkəmə
və ya istintaq orqanları tərəfindən həbs
qoyulmuşdursa, vərəsəlik
şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır.”.
Yaqub Eyyubov,
Azərbaycan
Respublikası
Baş nazirinin birinci müavini
Azərbaycan.-2014.- 5 iyul.- S.1.