“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə

 birinci platformaBakı konfransıkeçirilir

 

İyulun 4-də Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfransın devizi “Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması”dır.

Tədbirə Avropa Mədəniyyət Konvensiyasına üzv dövlətlərin hökumət nümayəndələri, mədəniyyət institutlarının və peşəkar birliklərin təmsilçiləri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılmışdır.

Mərasimdə Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Tədbiri açan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən danışmışdır.

Bildirmişdir ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürdükdən sonra istər ölkəmizdə, istərsə də Strasburqda silsilə beynəlxalq tədbirlər keçirilir. Bu prosesin davamlı olacağını deyən nazir qarşıda görüləcək işlər haqqında da məlumat vermişdir.

Qeyd edilmişdir ki, bütün bunlar Avropanın Azərbaycanda gedən proseslərlə daha geniş auditoriyada yaxından tanış olmasına, eləcə də qabaqcıl təcrübədən istifadə etməyə imkan yaradır və biz səmərəli əməkdaşlığa tam hazırıq.

Azərbaycanın Avropa Şurasının mədəniyyət sahəsində bir neçə konvensiyasına qoşulduğunu xatırladan natiq 2008-ci ildə ilk dəfə ölkəmizdə Avropa mədəniyyət nazirlərinin konfransının keçirilməsinə dair təşəbbüsün irəli sürüldüyünü, eyni zamanda, bu toplantıya qonşu regionların islam ölkələrinin mədəniyyət nazirlərinin də qoşulduqlarını diqqətə çatdırmışdır. İstər nazirlər konfransı, istərsə də ölkəmizdə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Avropa Şurası tərəfindən dəstəklənmişdir.

Bu gün artıq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşarkən həm təsisçilərin, həm də təşkilatçıların sırasında Avropa Şurasının ən mühüm yer tutduğunu qeyd edən nazir belə layihələrin dəstəklənməsinə görə dərin təşəkkürünü bildirmişdir.

Konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu deyən nazir Əbülfəs Qarayev XXI əsrdə mədəni proseslərin rəqəmsal daşıyıcılarda dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd etmişdir. Vurğulamışdır ki, Azərbaycanda tam, sərbəst, açıq internet məkanı vardır. Hər dövlət orqanı öz işində bu sahənin inkişafına əhəmiyyət verir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuşGoMapsisteminin hər gün çoxsaylı istifadəçiləri olur. Həmçinin ölkəmizdə kitabxana, muzeybir çox müəssisələrin internet şəbəkəsi yaradılmışdır. Hazırda 26 proqram üzərində aparmaq planlaşdırılmışdır. Belə şəraitdə bu işi kimin aparacağı, mədəniyyət sahəsində çalışanların texniki avadanlıqdan istifadə məsələsi ortaya çıxır. Müvafiq sahələrdə çalışanların 60 faizindən çoxu öz təcrübələrini internetdən əvvəlki dövrdə əldə etdiklərindən müasir avadanlıqdan istifadə bəzi çətinliklər yaradır. Ona görə də müasir avadanlıqdan daha qətiyyətlə istifadə etməyə yiyələnmək vacib məsələdir.

Nazir demişdir ki, digər mühüm məsələ isə internet istifadəçilərinin daha geniş auditoriyasını təşkil edən gənclərin mədəniyyət sahəsində gedən proseslərə cəlb olunmasıdır. Bunun üçün müvafiq yollarmövzular tapılmalıdır. Məqsəd yüksək texniki sıçrayışla müşayiət olunan müasir dövrdə mədəni proseslərin əhəmiyyətini itirməmək, onları müasir texnologiya vasitəsilə mövzuya çevirərək diqqəti cəlb etmək və dünyanın mədəni inkişaf sürətindən geri qalmamaqdır.

Konfransın Azərbaycanda keçirilməsini yüksək dəyərləndirən nazir Əbülfəs Qarayev burada müzakirə olunacaq mövzuların müvafiq məsələlərin həllinə öz töhfəsini verəcəyini qeyd edərək, onun işinə uğurlar arzulamışdır.

Sonra çıxış edən Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani konfransın formatını yüksək qiymətləndirərək bu tədbirdə qarşıda qoyulan hədəflərə nail olunacağına əminliyini ifadə etmişdir.

Klaudia Luçiani konfransda müzakirə olunacaq mövzular barədə məlumat vermiş, belə tədbirlərin rəqəmsal inqilabın mədəniyyət sahəsindəki təsisatlara təsirini öyrənmək məqsədilə keçirildiyini qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, Avropa Şurası son 10 ildə müvafiq sahənin standartlarını müəyyənləşdirməyə və özü üçün fəaliyyət növlərini təyin etməyə çalışır.

Rəqəmsal inqilabın insanların gündəlik həyatına toxunduğunu, bir sıra imkanlar açdığını söyləyən Klaudia Luçiani bildirmişdir ki, yeni texnologiyalar təkcə mexanizm kimi qəbul edilməməli, həm də yeni mühit, ab-hava yaratmalıdır. Qonaq qeyd etmişdir ki, ikigünlük konfransda mövzuya aid məqamlara aydınlıq gətiriləcəkdir.

Avropa Şurasının mədəniyyət, irslandşaft üzrə rəhbər komitəsinin sədr müavini Kimmo Aulake rəqəmsallaşmanın çox böyük sürətlə getdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, bütün ölkələr mədəniyyət siyasətlərində rəqəmsallaşmanın öz əksini tapmasında maraqlıdırlar.

Konfransın açılış mərasimində Fransanın Sarbonna Universitetindən xanım Divina Frau-Meiqs, Avstriyanın “Ars Electronika” şirkətinin bədii rəhbəri Gerfrid Stoker də çıxış etmişlər.

Çıxışlarda müasir dövrdə internetdən daha çox istifadə edən uşaqların və gənclərin düzgün mövzu seçiminin vacibliyi vurğulanmış, bu işə medianın da cəlb edilməsi təklif olunmuşdur.

Bildirilmişdir ki, rəqəmsal inqilab 20 il əvvəl baş vermişbu gün yeni texnologiyalardan istifadə edilməklə incəsənət və texnologiya bir araya gətirilir. Sosial mediadan geniş istifadə, mədəniyyət sahələrinin texnologiyanın inkişafına təsir etməsinə çalışmaq qarşıda duran vacib məsələlərdəndir.

Konfrans öz işini “Uyğunsuzluqların aradan qaldırılması: rəqəmsallaşmadan əvvəlki mədəni institutlardan rəqəmsal mədəni institutlara keçid tendensiyaları” mövzusunda sessiya ilə davam etdirmişdir.

Sessiyada mədəni həyata çıxış və burada iştirak səviyyəsinin yüksəldilməsi, rəqəmsal ziddiyyətlərin aradan qaldırılması, bunun üçün mədəniyyət institutlarında tətbiq olunacaq yeni peşələr və düşüncə tərzləri, müvafiq müəssisələrdə idarəçiliyi və imkanları yüksəltmək və rəqəmsal eraya keçmək, bu sahədə fəaliyyət göstərən özəl subyektlərin rolu, yeni qaydalara ehtiyac məsələləri müzakirə edilmişdir.

Konfrans öz işini iyulun 5-də başa çatdıracaqdır.

Tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanmışdır. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaqdır.

 

Azərbaycan.-2014.- 5 iyul.- S.6.