Masallı Dövlət Regional Kollecinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 198             Bakı şəhəri, 25 iyun 2014-cü il

 

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikas Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kolleci yaradılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə "47. Masallı Dövlət Regional Kolleci" hissəsi əlavə edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 6 iyul.- S.2.