"Ağır və yüngül
xəsarət növlərinin Siyahısı"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
13 may tarixli 66 nömrəli
qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 197 Bakı şəhəri,
17 iyun 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 933-IVQ nömrəli Qanununun tətbiqi və "Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 may tarixli 711 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 153 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Ağır və yüngül xəsarət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 5, maddə 251; 2004, ¹ 10, maddələr 873, 875) ləğv edilsin.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
Azərbaycan.-2014.-
6 iyul.- S.2.