Bakı - dünya turizmində yeni ünvan

 

Bakıya təşrif gətirən turistlərin paytaxtı gəzmələri üçün artıq onların rahatlığını təmin edən bütün müasir vasitələrlə təchiz olunmuş ikimərtəbəli avtobuslardan istifadə olunur. Öyrəndik ki, şəhər üzrə bu səyahəti "CitySightseeing Baku" şirkəti həyata keçirir. Gələn turistlərin artdığını nəzərə alıb elə onlarla birlikdə həmin avtobusda Bakını gəzmək qərarına gəldik. Beləcə, "Gülərüz Kobra" adlı avtobusda turistlərlə birgə Bakı səyahətinə çıxdıq.

Havanın günəşli olmasına baxmayaraq, qonaqlar avtobusun yuxarı hissəsinin örtüyünün açılmasını istədilər. Bu həm şəhəri aydın görmək, həm də şəkil çəkmək üçün əlverişli idi. Qonaqların hər birinə qulaqcıqlar paylanıldı. Bunlar vasitəsilə yanından keçəcəyimiz ictimai binalar, tarixi abidələr, parklars. barədə avtomatik məlumat veriləcəkdi. Təxminən 40 nəfərlik heyətlə "Gülərüz Kobra" Azadlıq meydanından yola düşdü. Heyətdə Almaniya, Avstriya, İtaliya, Fransa, Rusiya, Braziliya, Xorvatiya, Türkiyə, Çex Respublikası və başqa ölkələrdən turistlər vardı. Hərəsinin də fərqli görünüşü, fərqli baxışları... Bu qədər turisti bir arada "yaxalamağımıza" səbəb isə  II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının həmin vaxta təsadüf etməsi idi.

 

Wi-Fi sistem, 8 dildə informasiya qara qutu...

 

Gəzintimiz yeni başlamışdı ki, turistlər heyranlıqlarını gizlədə bilmirdilər. İstiqamət Heydər Əliyev Mərkəzi idi. Binanın qeyri-adi quruluşu, ətrafının çəmənliklə örtülməsi qonaqlarda böyük heyrət yaratmışdı. Mərkəzə yaxınlaşdıqca "very good" (çox gözəl), "so better" ( gözəl), "very interesting" (çox maraqlı) kimi ifadələr  eşidilirdi. Onlar bu qeyri-adi binanın hər tərəfdən fotosunu çəkir, hərdən "selfie" (özü özünü çəkmək) edirdilər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra  Müasir İncəsənət Muzeyinə doğru istiqamətləndik. Şəhərin görüntüsü, bir-birindən fərqli binalar yol boyu qonaqların maraq dolu baxışlarını özünə çəkirdi. Bunu avstriyalı Bernd Pfingstmannın dilindən eşitdik. Gördüyü hər şey barədə suallar verir, arada qulaqcıqları çıxarıb bizimlə söhbətləşirdi. O, Heydər Əliyev Mərkəzinin fantastik olduğunu, tam fərqli üslubda tikildiyini dedi: "Bakıya ilk səfərimdir. Hələ şəhərin çox yerini görməmişəm. İnanıram ki, səyahətimizin sonunda böyük təəssüratlarım olacaq". Müasir İncəsənət Muzeyinin önündə sərgilənən qeyri-adi əl işləri qonaqların diqqətini çəkdi.

Marşrutumuzun sonrakı ünvanı isə adı dünya ilə bir olan Qız qalası idi. Qalanın özünü ziyarət etmək imkanı olmasa da, qonaqlar ətrafdan onu çox maraqla izlədilər təbii ki, fotolar da çəkdilər. Qız qalasının XII əsrə aid olması əcnəbilərdə Azərbaycan tarixinin, mədəniyyətinin dərin köklərə bağlı olması barədə əsaslı fikir yaratdı.

Bu arada avtobusun sürücüsü ilə danışmaq imkanımız oldu. Mahir adlı sürücü bizi "Gülərüz Kobra"nın "bacarıqları" ilə tanış etdi. Dedi ki, bu avtobuslardan Bakıda cəmi üç ədəddir. 70 oturacaqlı avtobuslarda pulsuz istifadə olunan Wi-Fi internet sistemi quraşdırılıb. Həmçinin sərnişinlər "audioqid" sistemi ilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars yapon) qulaqcıq vasitəsilə məlumatlandırılır. Avtobuslar qara qutu ilə təchiz olunub. "Bu avtobusları Bakı yollarında idarə etmək çətin deyil ki?" sualımızı, "Bizim sürücülərdə yol etikası azdır. Məsələn, görürlər ki, ikimərtəbəli avtobus gəlir, yol verməmələri bir yana, qəfil qarşıya keçirlər. Ona görə maksimum ehtiyatlı olmağa çalışırıq"- deyə, sürücü cavab verdi.

 

"Bakı Avropa şəhərlərinin çoxundan daha gözəl müasirdir"

 

"İçərişəhər" metrostansiyasının yaxınlığından keçən marşrutumuz bizi Alov qüllələrinə (FalmeTowers) tərəf aparırdı. Binanın möhtəşəmliyini hələ uzaqdan görən qonaqlar maraq hisslərini gizlədə bilmirdilər. Avstriyalı həmsöhbətimin "is it FlameTowers?" (Bu Alov qüllələridir?) sualını verməsindən bəlli oldu ki, o, Bakıya gəlməzdən əvvəl şəhərimiz haqqında məlumatlanıb. Elə ki, qüllələrə yaxınlaşdıq hər kəs ayaqüstə durub ona böyük maraqla baxır fotoaparatını qüllələrə tuşlayırdı. Onlar binaların heyrətamiz olmasını xüsusi intonasiya ilə vurğulayırdılar. Burada ətraf ərazilərlə tanış olmaq üçün turistlərə şərait yaradıldı. Bakı Funikulyoru, Şəhidlər xiyabanı, Türk şəhidlərinin məzarları ilə yanaşı, Azərbaycan parlamentinin binası da qonaqların marağına səbəb oldu.

Avstriyadan olan Bernd Bakı haqqında ağızdolusu danışırdı: "Bakı haqqında çox az məlumatım vardı. Açığı, bu qədər gözəl, möhtəşəm şəhər olduğunu zənn etmirdim. Gəlib gördüm, heyrətləndim. Səfərimdən çox məmnunam. İnsanlar qonaqlara çox mehribancasına yanaşırlar. Qeyri-adi tikililər, xüsusən Alov qüllələri diqqətimi çəkdi, möhtəşəmdir. Çox xoşladım Bakını. Burada müasirliklə yanaşı, tarixə, tarixi abidələrə xüsusi önəm verilir".

Şəhər turumuzun növbəti dayanacağı Dövlət Bayrağı Meydanı idi. İkimərtəbəli avtobus asfalt yolda dünyanın ən hündür bayrağına doğru irəliləyirdi. Dövlət Bayrağı Meydanına çatar-çatmaz qonaqlar növbəti fərqli hisslər yaşadılar. Çex Respublikasının vətəndaşı Libor Spacek bizimlə söhbətində Azərbaycanı belə tərənnüm etdi: "Azərbaycana dəvət alanda öncə çox təəccübləndim çəkindim. Düşünürdüm ki, keçmiş sovet ölkələrindən olan Azərbaycan mənə elə maraqlı gəlməz. Amma ölkəniz haqda məlumatım vardı. Çex Respublikasından olduğuma görə, Sovetlər Birliyi ölkələri haqqında anlayışım var. Lakin Azərbaycanın, paytaxt Bakının belə gözəl olduğunu heç bilmirdim. Gəlib gördüm ki, fikirlərimdə tamamilə yanılmışam. Bakı Avropa şəhərlərindən fərqlənmir, hələ çoxundan daha gözəl müasirdir. Təmiz küçələr, qeyri-adi, möhtəşəm binalar məni valeh etdi. İnsanlar çox mehribandırlar. Müasir, fərqli üslubda olan binalar böyük zövqlə tikilib".

Bayraq meydanını da gəzib geriyə qayıtdıq. Dəniz sahili ilə davam edən yolumuzun üstündə Panorama Çarxı, Kukla Teatrı, Muzey Mərkəzi, Yeddi Gözəl Fəvvarəsi s. mənzərələr diqqət çəkirdi.

Bakı turundan sonra şəhərə olan heyranlığını gizlətməyən braziliyalı Katia Farias isə Bakıya ilk dəfə gəldiyini buranın hədsiz dərəcədə gözəl olduğunu dedi. O, Braziliyaya qayıdan kimi xoş təəssüratlarını şəxsi bloqunda yazacağını da bildirdi.

 

"Hər gəlişimdə Bakını daha gözəl görürəm"

 

Saat yarımlıq turdan sonra gəlib Azadlıq Meydanına çatdıq. Bura turun həm başlanğıc, həm son ünvanıdır. Şəhəri gəzənlər içərisində türkiyəli qardaşlarımız da vardı. Onların da Bakı haqqında təəssüratlarını almasaq "olmaz" dedik:

İstanbul Rehberler Odası Başkanı Şerif Yenen: "Bakıya ilk dəfədir ki, gəlirəm. Bu səfərdən  çox məmnun qaldım. Bu gün keçirdiyimiz tur çox gözəl keçdi. Bakıya heyran oldum. Bildiyimə görə, son 10 ildə buraya çox böyük sərmayələr qoyulmuş Bakı gözəl şəhər olmuşdur. Şəhərin memarlığı, ümumi görünüşü, xüsusən gecəsi çox gözəldir. Təkrar-təkrar gəlmək istəyərəm".

Rejissor Levent Ayaşlı: "Bakıya daha öncə gəldim. Bu, 4-cü gəlişimdir. Hər gəldiyimdə tam fərqli bir şəhər görürəm. Şəhər möhtəşəm şəkildə dəyişib. Köhnə binaların hamısı yenilənib, tarixilik qorunub saxlanılır".

Rejissor Can Özbatur: "Bu günkü şəhər gəzintimiz müdhiş oldu. Mən məmnun qaldım. Bakıya ilk dəfə 1992-ci ildə gəlmişdim. Əvvəlki səfərimlə indiki  arasında dağlar qədər fərq var. Bakı tamamilə dəyişib. Düşünürəm ki, hər dəfə gəlişimdə fərqli bir şəhər görərəm".

"CitySightseeing Baku" şirkətinin direktoru Əfsun Əhmədovdan isə şəhər turu barədə bəzi məqamları xəbər aldıq. Onun sözlərinə görə, "City Sightseeing Baku" Bakı şəhərinin mədəni irsinin turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" şirkəti arasında bağlanmış razılaşmaya əsasən yaradılıb. "City Sightseeing" şirkəti hal-hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə yerli əhaliyə şəhərin tarixini mədəniyyətini əyani şəkildə göstərmək üçün ekskursiyalar təşkil edir.

Məlumat üçün deyək ki, Bakı şəhərində təşkil ediləcək şəhər turları qış mövsümündə səhər saat 12:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 12:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 23 km 1 saat 30 dəqiqə təşkil edir. Şəhər turlarının biletlərini isə avtobusların daxilində, həmçinin Bakı Turizm İnformasiya Mərkəzində əldə etmək mümkündür. Biletlərin qiymətləri kateqoriyalardan asılı olaraq 5 manatdan 20 manatadək təşkil edir. Jurnalistlər hotel işçiləri, həmçinin 6 yaşa qədər uşaqlar əlil insanlar üçün isə giriş pulsuzdur.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 6 iyul.- S.6.