Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan
parlamenti sədrinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə etdi. Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirdi.
Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi
nümayəndə heyətinin Azərbaycana səfərində
məqsədin iki ölkə parlamentləri
arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən
ibarət olduğunu bildirdi.
Qonaq qarşılıqlı faydalı və
strateji münasibətlərimizin
qurulması işində deputatların rolunu
qeyd edərək, Gürcüstanda
yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan
sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla
vurğuladı.
Azərbaycan.-2014.- 8 iyul.- S.3.