Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizi qəbul etmişdir.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 8 iyul.- S.3.