«ADA» Universitetinin
Nizamnaməsi»nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"ADA" Universitetinin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:
1. "ADA" Universitetinin Nizamnaməsi" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4.
"ADA" Universitetinin fəaliyyət
istiqamətlərinə uyğun
olaraq informasiya texnologiyaları və mühəndislik üzrə
tədrisin təşkili
üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.5.
"ADA" Universiteti nəzdində
eksperimental tipli məktəbəqədər və
ümumi təhsil müəssisələrinin təşkili
üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.6.
"ADA" Universitetinin fəaliyyətinin
təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll
etsin;
2.7. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
"ADA" Universitetinin dövlət
qeydiyyatına alınmasını
bir ay müddətində
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2014-cü il
Azərbaycan.-2014.-
9 iyul.- S.1.