Demokratik inkişafın Azərbaycan nümunəsi

 

1. Mövcudluq tarixinin ən qüdrətli Azərbaycanı

 

Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır. Bu hadisələr bizim inkişaf yolumuzun düzgün olmasını bir daha sübut edir. Demokratiya uzunçox mürəkkəb prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə etmək və hərtərəfli ölçüb-biçmək vacibdir. Avantüraemosional çıxışlar, kənardan qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitliyin bərqərar olmasına və inkişafa şərait yaratmayacaqdır. Biz uzun illər boyu bu dərsləri öyrənirik.

 

Akademik Ramiz MEHDİYEV

 

Demokratiya anlayışı barədə dünyada, o cümlədən elə məmləkətimizdə son illərdə daha intensiv hal alan müzakirələr nə səngiyir, nə də məntiqi sonluğuna çatır. Əslində, bu, məhz elə belə də olmalıdır. 2521 il öncə - eramızdan əvvəl 507-ci ildə Afina sakinlərinin öz idarəçilik sistemlərini adlandırdıqları bu məfhumun məna yükü quldarlıqdan kapitalizmə qədər hər formasiyada əsaslı təshihlərə məruz qalmış, təməl yanaşmalar müəyyən qədər dəyişmiş, universallaşdırılmışdır. "Xalq hakimiyyəti" anlamında olan demokratiya ifadəsi XXI əsrin də mühüm siyasi trendi olmaqla yanaşı, çağdaş dövrün həm də ən müəmmalı və çoxstandartlı təfsirləri ilə üzləşib.

Kimlər üçün bu, yeni işğalçılıq və müstəmləkəçilik dalğasının həyata keçirilməsində imitasiya rolunu oynayır, başqalarına görə isə, demokratiya əsl mahiyyətinə - xalqın hakimiyyətinin formalaşmasına xidmət edir. Amma bir həqiqət də danılmazdır:  bu gün Yeni Dünya Nizamında, yaxud dünyanın yenidən bölüşdürülməsi prosesində "demokratiya" mütəmadi istinad edilən ifadə olsa da, əslində, öz mahiyyətini təkzib edən və daha çox dağıdıcılıq, səfalət gətirən məqsədlərə rəvac verir. Və bu gün ümumilikdə bəşəriyyətin demokratik inkişafına əsas maneənin məhz "demokratiya inhisarçıları" olan fövqəlgüclər tərəfindən yaradılması da zamanımızın acı gerçəkliklərindəndir.

 

Demokratiyanın ilkin təməli - güclü dövlət

 

Demokratiyanı uzun və çətin yola bənzədənlər yanılmırlar. Bu yolun əvvəli var, sonu isə bitməyən, daim təkmilləşən bir amaldır. Azərbaycan demokratik inkişaf yolu ilə inamla addımlayır. Bu prosesdə ölkəmiz əsla formal görüntü yaratmır, demokratiyanın təməl prinsipləri ilə yanaşı, yeni dövrün çağırışlarını da uğurla tətbiq edir. Hakimiyyət demokratiyanın əsas atributlarından olan insan hüquq və azadlıqları kateqoriyasına aid bütün məqamların cəmiyyət həyatında tam gerçəkləşməsinə də münbit şərait yaradıb.

Prezident İlham Əliyevin fəaliyyət fəlsəfəsinin əsas qayəsi insandır, vətəndaşın sosial rifahının təminidir. demokratik inkişafın Azərbaycan nümunəsinin əsas özəlliyi də budur ki, demokratikləşmə prosesi müstəqilliyin daha da möhkəmləndirilməsinə, dövlətin qüdrətlənməsinə və nəticə etibarilə Azərbaycan vətəndaşının bütün hüquq və azadlıqlarının təmininə, onun sosial rifahının yüksəldilməsinə töhfə verməlidir.

Son 10 il ərzində əldə olunan yüksək inkişaf dinamikası - cəmiyyətin daha sürətli mənəvi-intellektual tərəqqi yoluna qədəm qoyması, dövlətin heyrətamiz iqtisadi uğurlara imza atması, yürüdülən müstəqil xarici siyasət və digər çoxsaylı uğurlar orta statistik azərbaycanlının təsəvvüründə "dövlət necə olmalıdır, dövlət vətəndaşa necə xidmət etməlidir" suallarına aydın cavablar verir. Bu münasibət ilk növbədə onunla şərtlənir ki, Azərbaycan dövləti özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır.

Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heçsabit və davamlı inkişaf yolu keçməmiş, bəzən hətta tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşlər. Bu fikri zəngin dövlətçilik ənənələrinə, qədim tarixə malik Azərbaycan haqqında da söyləmək olar. Xalqımız müxtəlif əsrlərdə daxildən gələn yüksək potensiya ilə müstəqil dövlət qurmaq, azad yaşamaq istəsə də, bəzən buna nail olmamış, bəzən də qanı, canı bahasına əldə etdiyi müstəqilliyini qoruyub saxlaya bilməmişdir. Dövlətçilik yaddaşımızda xoş xatirə kimi parlayan, Şah İsmayıl Səfəvinin müəllifliyi ilə xalqın milli maraqlarının, azərbaycanlı etnosunun yaradıcılıq potensialının ifadəsi kimi ortaya çıxan Səfəvilər dövləti də erkən itirdiyimiz ilk belə şansımız olmuşdur. Belə bir imkanın itirilməsinə, Səfəvilər dövləti modelində geniş ərazi hüdudlarına malik qüdrətli Azərbaycan dövlətinin gələcəyini təmin edə biləcək vasitələrin hazırlanmamasına, bu gün, sadəcə, təəssüflənə bilirik. Fəqət böyük tarixi şəxsiyyət olan I Şah İsmayılın hərbi-siyasi fəaliyyəti nəticəsində mərkəzləşmiş Səfəvi dövlətinin yaranması ilə Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması prosesi bir qədər də sürətlənmişdir. Xalqın ilk dəfə olaraq vahid dövlətin tərkibində birləşməsi, mərkəzləşdirilmiş iqtisadi-təsərrüfat sisteminin yaranması dövlətçilik təfəkkürünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Səfəvilərin hakimiyyəti dövründə dövlətçiliklə bağlı bütün məsələlər millilik zirvəsinə ucalmışdır.

Azərbaycanın tarix, fəlsəfə, politologiya elmlərində əliyevşünaslıq irsini elmi cəhətdən sistemləşdirən, onun tədqiqat təmayüllərini müəyyənləşdirən görkəmli dövlət xadimialim Ramiz Mehdiyevin ilk Mərkəzləşmiş Azərbaycan dövləti olan Səfəvilər dövləti haqda ötən il qələmə aldığı fundamental elmi əsərlər - "Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi" və "Tarixi idrakın elmiliyi problemlərinə dair" məqalələri özünün yüksək ideya siqləti, elmiliyi, tarixi-ensiklopedik səciyyə daşıması ilə diqqət çəkir. Milli tarixə, Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə maraqlı münasibətin yaranmasına təkan verən, cəmiyyətdə böyük rezonansa, faydalı müzakirə və diskussiyalara səbəb olan bu dəyərli əsərlərdə hörmətli akademik Azərbaycanın ən yeni tarixində Heydər Əliyev dühası ilə Şah İsmayıl Səfəvi fenomeni arasında paralellər aparır, hər iki şəxsiyyətin xalq qarşısındakı xidmətlərinin oxşar cəhətlərini böyük peşəkarlıqla göstərir, dünyanın güclü dövlət quruculuğu salnaməsinə iz salan bu iki böyük azərbaycanlının irsləri arasında məntiqi bağlılığı araşdırır.

Akademik Ramiz Mehdiyevin bu qənaəti inkaredilməzdir: demokratiyanın, ümumilikdə bütün növ hüquq və azadlıqların əsas rəhni məhz güclü dövlətdir. Dövlətin gücü, qüdrəti yetərincə olmayanda, müstəqilliyə təhdidlər zərərsizləşdirilməyəndə nəticə etibarilə demokratik proseslər də ciddi ziyan görür.

Hər dövrdə dövlətin mühüm prioritetləri olur. Mövcud prioritetlər isə sırf demokratik mahiyyətə əsaslanır. Demokratik inkişafın isə artıq mükəmməl bir Azərbaycan nümunəsi, Azərbaycan təcrübəsi var.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Formalaşmaqda olan informasiya cəmiyyətində zaman gələcəyə istiqamətlənmişdir. Bizim gələcəklə maraqlanmağımızın əsas səbəbi budur. Lakin gələcəyi öncədən görmək üçün bugünümüz barədə aydın təsəvvürümüz olmalıdır, eyni zamanda, keçmişin dərslərini unutmamalıyıq. Biz bunu istəsək də, istəməsək də hər birimiz keçmiş dövrün yükünü daşıyırıq və bu yükdən yaxa qurtarmaq qeyri-mümkündür. Zaman isə insan şüuruna xas olan dəyişikliklərin - yaranma, təşəkkül, cərəyanetmə və yoxolma mərhələlərinin - qavranılması formasından başqa bir şey deyildir. Buna görə də deyə bilərik ki, insan həm təbiətdə, həm də bəşər tarixində baş vermiş hadisələrdən asılıdır".

 

Azərbaycan nümunə göstərir

 

 Tarixən Azərbaycanı vahid ərazi hüdudlarında birləşdirməyə çalışan, hətta qısa müddətə buna müvəffəq olan dövlətlərdən heç biri hazırkı müstəqil respublikamızla müqayisə edilmək imkanında deyil. Əlbəttə, danılmaz reallıqdır ki, ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi 23 aylıq mövcudluğu ilə bugünkü müstəqil Azərbaycan dövlətinin sələfinə çevrilərək gələcək müstəqilliyimizin zəruri şərtlərini təmin edib. Lakin obyektiv səbəblərdən ölkəmizin nəinki tarixi coğrafiyasına, hətta qərbinə, şimalına belə tam nəzarət etmək, müxtəlif etnosları vahid ideologiya ətrafında birləşdirib superetnos yaratmaq gücündə olmayan cümhuriyyəti milli dövlətçilik təfəkkürümüzün daha çox metaforik təzahürü kimi nəzərdən keçirənlər, bu mənada, kifayət qədər haqlı görünürlər.

Tarixi reallıqlar sübut edir ki, hazırkı müstəqil, suveren, qüdrətli Azərbaycan xalqımızın ən böyük şansı - özünüifadə və özünütəsdiq imkanıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada soyuq müharibənin başa çatması, məşhur sosioloq Alvin Tofflerin təbirincə desək, "demokratiyanın üçüncü dalğası" fonunda meydana çıxan mürəkkəb proseslərin, o cümlədən milli-azadlıq hərəkatının nəticəsi kimi istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycan müstəqilliyin ilk illərində məhz Heydər Əliyev fenomeninin rəhbərliyi altında böyük faciələrdən, məşəqqətlərdən qurtularaq özünün milli inkişaf yoluna qədəm qoyub.

Müasir Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlanan yeni inkişaf tarixi respublikanın böyük iqtisadi, siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması, dünya miqyasında layiqli yerini tutması, müstəqil siyasət yürütməsi ilə səciyyəvidir. Bu tarixin İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 11 ilində isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirib, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışıb. İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülüb, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil edib.

Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. İqtisadi məsələləxüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilib, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli, yüksək həyat şəraitinin təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirib.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadisiyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirib. Azərbaycanın həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, beləliklə də respublikamızı sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilib: "2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcəkdir. Bu o demək deyildir ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcəkdir. Əksinə, ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcəkdir".

Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə isə sosial korporatizmə uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən dövlətimiz öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

 

Qoca Avropanın yeni standartları

 

Azərbaycan müstəqillik illərindəki yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı ilə ona "geridə qalmış Şərq ölkəsi" yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini hər zaman puç edib, sivil Avropa dəyərlərinə sadiqliyini sübuta yetirib. Fəqət respublikamızın regionda tam müstəqil siyasət yeritməsi və əsas söz sahiblərindən birinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən olması, qlobal böhrandan sarsılan ölkələrin iqtisadiyyatına sərmayə qoyaraq onları labüd iflasdan sığortalaması bu geosiyasi məkanda müəyyən dairələri, o cümlədən bəzi dövlətləri bərk narahat edir. Onlar ərazi və əhali baxımından nisbətən kiçik olan Azərbaycanın Avropa məkanında yeni iqtisadisiyasi fenomenə çevrilməsini, inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını qətiyyən "həzm edə" bilmirlər.

Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını" itirmələri ilə barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Son 11 ildə "Amnesty International", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün, müəyyən mənada, adiləşib.

"Demokratiya çətiri" altında hələ də özünün imperialist ekspansiya siyasətini yürüdən, geosiyasiiqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları" isə nəinki demokratik ideallara kölgə salıb, hətta beynəlxalq hüququ iflic duruma gətirib. Müstəqil Azərbaycan belə ədalətsiz təsirləri, təzyiq cəhdlərini daim öz üzərində hiss etsə də, onları əzmlə neytrallaşdırıb, demokratik inkişafın yalnız hüquqi, siyasiiqtisadi islahatların paralelliyi şəraitində, təkamül nəticəsində mümkünlüyünü öz təcrübəsində sübuta yetirib.

ATƏT PA-nın Bakıda keçirilən sessiyasında Prezident İlham Əliyev bizi "demokratiya imtahanı"na çəkənlərə ən dəqiq cavabı verdi: "Siyasiiqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi. Bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir".

Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniya son illərdə yeni mərhələyə qədəm qoyub. Onlar hər fürsətdən bəhrələnməklə ölkəmizə qarşı qərar və qətnamələrin qəbulu üçün xüsusi canfəşanlıq edirlər. Bu məkrli proseslərdə, adətən, elementar hüquqi prosedurları belə gözləmirlər. Məsələn,  hələ 2012-ci ilin mayında Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnamə ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdı. Sənəddə Azərbaycanda guya "Söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanırdı. Məsələnin absurd tərəfi ondan ibarət idi ki, toplantıda Avropa Parlamentinin 754 deputatından cəmi 56-sı, yəni 7 faizi iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması onun qərəzliyinə şübhə yeri qoymurdu. Bir sözlə, məlum dairələr antiazərbaycançı fəaliyyətlərini həyata keçirərkən 93 faizin mövqeyini tapdalamaqdan da vaz keçmirlər.

Yaxud Azərbaycan PrezidentininPA-da məlum qüvvələrə qarşı uğurlu de-marşı və onların uydurmalarını faktoloji əsaslarla puç etməsi nəticəsində ilk həmlələri uğursuz olan şəbəkə növbəti təxribata əl atdı. Qurumun altkomitəsində ölkəmizin nümayəndə heyətinin olmamasından istifadə edərək ümumilikdə digər mühüm prosedur tələblərini də ənənəvi qaydada kobud surətdə pozaraq Azərbaycana yeni məruzəçi təyin etməyə cəhd göstərdilər. Bu cəhdləri isə sonadak alınmadı. Yəni məruzəçi təyin olundu, amma o, antiazərbaycançı şəbəkənin "müridi" deyildi.

Azərbaycana qarşı "demokratiya" savaşı açıblar. Ölkəmizlə bağlı qərəzli qətnamələr "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilir, məlum şəbəkənin qurumları ard-arda bədnam hesabatlar yayırlar. Öz ölkələrinin problemlərini, orada insanların hüquq və azadlıqlarının total pozulmasını görməzliyə vurur, Azərbaycandakı prosesləri isə zərrəbinlə izləyir, bir fakt tapmayanda isə onu uydurmağa başlayırlar. Əslində, iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər səbəbindən kütləvi iğtişaşların baş verdiyi, aksiyaların son zərurət həddini aşan vasitələr - rezin güllələr, "bibər qazı" ilə dağıdıldığı İngiltərə, Yunanıstan, İspaniya, İtaliya, Almaniya və digər Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda son illərdə qeyri-adi, "təxirəsalınmaz" müzakirəyə ehtiyac duyulan hansısa fövqəlhadisə baş vermir. Bu "qətnamələr", "hesabatlar", sadəcə, respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək cəhdidir. Azərbaycanı isə bu cür maneələrlə yolundan sapdırmaq əsla mümkün deyil...

 

(ardı var)

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 9 iyul.- S.4.