Tanınmış alim-publisistin həyat və yaradıcılıq yoluna
işıq salan toplu
Tanınmış ədəbiyyatşünas alim və publisist,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun həyat və yaradıcılığından bəhs edən biblioqrafik məlumat toplusu çapdan çıxmışdır.
Topludakı biblioqrafik göstəricilər
T.Əhmədovun yarım
əsrdən çox
bir dövrdə -
1954-2011-ci illərdə dövri
mətbuatda çap olunmuş 500-dən artıq
məqaləsi, publisistik
əsəri, kitab və monoqrafiyaları barədə məlumatları
əhatə edir.
Topluda alimin ömür yoluna da güzgü tutulur. Məlum olur ki, T.Əhmədov
1954-cü ildə Azərbaycan
Dövlət Universitetinin
Filologiya fakültəsini,
1964-cü ildə Azərbaycan
Elmlər Akademiyasının
Nizami adına
Ədəbiyyat İnstitutunun
aspiranturasını bitirmişdir.
Elmi fəaliyyəti əsasən
Nəriman Nərimanovun
yaradıcılığının araşdırılmasına həsr
olunmuşdur. 1966-cı
ildə bu mövzuda namizədlik,
1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.
"Sovet Ermənistanı"
qəzetində başlamış
jurnalistlik fəaliyyəti
isə Azərbaycanın
bir sıra nüfuzlu mətbuat orqanları ilə bağlıdır. 1995-ci ildən "Respublika"
qəzetinin baş redaktorudur. 2007-ci ildə onun təşəbbüsü və
redaktorluğu ilə
"Füyuzat" jurnalı
nəşrə başlamışdır.
"İlin nüfuzlu ziyalısı" fəxri
adına, "Ustad", "Qızıl
qələm", "Həsən
bəy Zərdabi"
adına yüksək
media mükafatlarına layiq
görülən T.Əhmədov
Azərbaycan Prezidentinin
sərəncamına əsasən
"Tərəqqi" medalı
ilə təltif edilmişdir. Rusiya Təbiət Elmləri
Akademiyasının həqiqi
üzvüdür. Ondan çox
dissertasiyanın elmi rəhbəri olmuşdur.
Topluda T.Əhmədovun
həyat və yaradıcılığı, elmi-publisistik
fəaliyyəti haqqında
qısa oçerklər
də yer almışdır. Akademiklər Cəmil Quliyev, Məmməd Cəfər Cəfərov, Budaq Budaqov, Asəf Nadirov, Bəkir Nəbiyev, xalq yazıçısı Qılman
İlkin, xalq şairləri Mirvarid Dilbazi, Nəriman Həsənzadə, Zəlimxan
Yaqub, filologiya elmləri doktoru Yaşar Qarayev və başqaları onu həm insan
və şəxsiyyət,
həm də alim və publisist
kimi xarakterizə etmişlər. Bu qeydlərin
leytmotivini belə bir ümumi rəy təşkil edir: Teymur Əhmədov
istər şəxsiyyət,
istərsə də alim, redaktor və publisist kimi daim yüksəkdə
dayanan, öz həyat mövqeyi və zəhmətsevərliyi
ilə seçilən
insandır.
Bir sözlə,
biblioqrafik toplu tanınmış alim və publisistin keçdiyi zəngin həyat və yaradıcılıq yolu barədə oxucuda hərtərəfli təsəvvür
yaradır.
Azərbaycan.-2014.-
9 iyul.- S.6.