F.R.Şəfiyevin Azərbaycan
Respublikasının Kanadada fövqəladə
və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı
yanında daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2014-cü il
Azərbaycan.-2014.- 10 iyul.- S.1.