T.T.Tağızadənin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 9 iyul 2014-cü il

 

Azərbaycan.-2014.- 10 iyul.- S. 1.